"Yagintili Hava Şəraitində Yol Təhlükəsizliyi"

Hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bir çox bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur

"Yagintili Hava Şəraitində Yol Təhlükəsizliyi"

Hazırda Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir çox bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur.

BDYPİ-dən Arazmedia.az-a verilən məlumata görə, beləcə hava şəraiti yol örtüyünün sürüşkən olmasına, iləc də məsafənin artmasına və sürücülərin nəqliyyat vasitəsinə nəzarət imkanlarının zəifləməsinə səbəb olur ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.

Bakı Dövlət Yol Polisi İdarəsi həm hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, bu cür hava şəraitində həm sürücüler, həm də piyadalar tərəfindən daha diqqətli və məsuliyyətli davranılması xüsusi əhəmiyyət kəsb edir.

Sürücülərə tövsiyə olunur:

  •    Sürəti yol və hava şəraitinə uyğun seçsinlər, qəfil manevr və kəskin əyləc etmələrdən çəkinilsin;
  •    Nəqliyyat vasitələri arasında məsafəni artıraraq təhlükəsiz hərəkəti təmin etsinlər;
  •    İşıqlandırma sistemlərinin sazlığını yoxlasınlar;
  •    Yağış zamanı yaranan su yığınları və sürüşkən sahələrdə ehtiyatlı hərəkət etsinlər;
  •    Piyada keçidlərinə yaxınlaşarkən sürəti əvvəlcədən azaltsınlar və piyadalara üstünlük versinlər.

Piyadalara da xatırladılır ki:

  •    Yolu yalnız müəyyən edilmiş yerlərdən keçsinlər;
  •    Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin yaxınlaşıb-yaxınlaşmadığına əmin olsunlar;
  •    Yağışlı hava şəraitində sürücülərin onları vaxtında görməsinin çətinləşdiyini nəzərə alsınlar;
  •    Tələsik və qəfil hərəkətlərdən çəkinərək öz təhlükəsizliklərinə xüsusi diqqət yetirsinlər.

BDYPİ bir daha diqqəti çatdırır ki, əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına əməl olunmaması ağır nəticələrə səbəb ola bilər.

Mənbə: Yol polisindən sürücülərə MÜRACİƏT