"COP31-in ev sahibi müyyənləşdirilməsi Azərbaycana həvalə edildi"
"COP31-in ev sahibi müyyənləşdirilməsi Azərbaycana həvalə edildi"
COP29 çərçivəsində, COP30-a hazırlıq dövründə, ölkələr arasında qazandığı etimad sayəsində Azərbaycan əhəmiyyətli missiyalarla mükafatlandırılıb. Bu çərçivədə, Arazmedia.az xəbər verir ki, Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq, Azərbaycan və Braziliya COP29 və COP30 sədrlikləri ilə yanaşı, qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair "Bakidan Belemə Yol Xəritəsi"ni hazırlayıblar. Bu yol xəritəsi, COP-un iki sədrlik tərəfindən birgə hazırlanmışdır və yüksək dəyərli bir məsələ kimi müsbət qarşılanmışdır.
Bununla yanaşı, Braziliya tərəfinin xahişinə əsasən, COP30-da qəbul edilməsi gözlənilən aşağıdakı iki mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycanın üzərinə qoyulmuşdur. İlk qərar, "COP31-in ev sahibinin müəyyənləşdirilməsi" ilə bağlıdır. COP30 sədri André do Lago, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Mauricio Lyrioya COP30 sədrlik adına COP31-in ev sahibinin müəyyən edilməsi üzrə yüksək səviyyəli danışıqların aparılması səlahiyyətini vermişdir.
COP31-in ev sahibliyi üçün Avstraliya və Türkiyə mübarizə aparır. Hal-hazırda hər iki səlahiyyətli nümayəndə intensiv şəkildə Avstraliya və Türkiyə arasındakı danışıqlara vasitəçilik edir və həll yolunu müəyyən etməyə çalışırlar. İkinci mühüm məsələ, COP30-un ən vacib mümkün nəticələrindən biri olan Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı ilə bağlı sənədin razılaşdırılmasıdır. COP30 sədri André do Lago, Azərbaycan və Norveç nümayəndələrinə prosesə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatını vermişdir. Bu danışıqlara Azərbaycan tərəfindən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Norveç tərəfindən isə bu dövlətin iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen həyata keçirəcəkdir.
Mənbə: COP31-in ev sahibinin müəyyənləşdirilməsi ilə bağlı qərar Azərbaycana həvalə olundu

