Məhəmməd Mirziliyə 6 il 6 ay həbs cəzası verildi
 Məhəmməd Mirziliyə 6 il 6 ay həbs cəzası verildi
									Məhəmməd Mirziliyə 6 il 6 ay həbs cəzası verildi
								Binəqədi Rayon Məhkəməsində Fransada yaşayan azərbaycanlı Məhəmməd Mirzəlinin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Arazmedia.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Vüsal Tagiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barədə hökm oxunub. Məhkəmə hökmü ilə M. Mirzəli 6 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Məhəmməd Mirzəli Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunub. Bu maddələr 220.2 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müsaiyt olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsi, zorla saxlanılması və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmiş açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələridir.
Qeyd edək ki, M. Mirzəli ümumvətəndaş pasportundan istifadə etməklə 17 fevral 2016-cı il tarixində saat 05:06-da "Sixli" sərhəd nəzarəti məntəqəsindən keçərək Azərbaycanı tərk edib. Daha sonra müvəqqəti məskunlaşdığı Fransa Respublikası və digər xarici dövlətlərin ərazisində internet sosial şəbəkəsində tanış ola bildiyi "YouTube" internet kanalındakı profilində 2018-ci ilin fevral ayının 6, 12, mart ayının 17, 20, 21, may ayının 24 və 25-i tarixlərində Azərbaycan dilində yerləşdirdiyi videolarında dövlət əleyhinə çağırışlar səsləndirib.
Müvafiq olaraq, o, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağı və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyi, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş açıq çağırışlar edib.
Bu ilin mart ayında Azərbaycanın Baş Prokurorluğu Məhəmməd Fazil oğlu Mirzəlinin barəsində qiyabi icraat üzrə istintaq başlatmışdır. Ona Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib. O, istintaqın qanuni çağırışlarına gəlməyib və buna görə qiyabi icraat üzrə araşdırma davam etdirilib.
Mənbə: Məhkəməyə Məhəmməd Mirzəliyə 6 il 6 ay qiyabi həbs cəzası verdi
 
										 
										 
											 
											 
											
