"MIQ İmtahanında Müəllimlərin Etirazı: 84 Bal!"

TEREF yazir ki, sosial şəbəkədə MIQ imtahanında region üzrə ən yüksək nəticə göstərən müəllim (84 bal) Quba-Xaçmaz regional təhsil idarəsinin anlaşılmaz qərarları ilə işsiz qalıb. Sosial şəbəkədə şikayətini ictimailəşdirən Orxan Kərimovun yazdıqlarını təqdim edirik:
Kharimov Orkhan
Jurnalist dostlardan xahiş edirəm məsələni diqqətdə saxlasınlar. MIQ imtahanında region üzrə ən yüksək nəticə göstərən müəllim idim 84 bal ilə (bir nəfər sonradan Xaçmaza 86 bal ilə yerdəyişmə etmişdi), amma daimiləsə bilmədim bu bal ilə. Səbəb də Quba-Xaçmaz regional təhsil idarəsinin anlaşılmaz qərəzli qərarları oldu.
Xaçmaza yaxın kəndlər, Xaçmazın özündə tarix müəllimliyi üçün boş yerlər var idi, amma o yerlər vakansiyaya çıxarılmadı. Bununla bağlı Xaçmaz rayon təhsil idarəsinə müraciət etdim. Onlar da cavabında "həmin yerlərin 7,8 nömrəli məktəblərin lisey ediləcəyini və həmin məktəblərdəki boş yerlərin də 7,8 nömrəli məktəblərin müəllimləri üçün bron edildiyini" dedilər.
Niyə məhz Xaçmaza yaxın yerlər və Xaçmazın özündə olan yerlər həmin müəllimlər üçün bron edilir, amma MIQ-dən yüksək nəticə göstərmiş müəllimlər üçün vakansiyaya 8 saatlıq, Xaçmazdan uzaq 9 illik 12-13 saatlıq məktəblər vakansiyaya çıxarıldı?! Niyə həmin müəllimlər MIQ imtahanı vermədən Xaçmaza yaxın, dərs saati yüksək məktəblərdə daimiləşdirilir (bu hadisə Siyəzən rayonunda da baş verdi bu il)? Hər halda illərin müəllimidilər, MIQ-dan qorxacaq deyillər.
Sizlərin nə marağı ola bilər bu özbaşınalığı yaratmaqda?!
Quba-Xaçmaz regional təhsil idarəsinin cavabını səbirsizliklə gözləyirik!
```