"Zirəddin Əhmədov: Vətən uğrunda qəhrəmanlıq"

1990-ci ilin martın 23-dən 24-nə keçən gecə, Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə tarixində əhəmiyyətli bir hadisə yaşandı. Qazax rayonunun Baganis Ayrim kəndi, erməni silahlı birləşmələrinin hücumuna məruz qaldı. Bu hücum zamanı kəndin əhalisi ciddi itkilərlə üzləşdi. İtkilərin arasında 7 nəfər dinc sakin amansız şəkildə diri-diri yandırıldı, 2 nəfər güllələndi, 15 nəfər isə müxtəlif bədən xəsarətləri aldı. Bu hadisə, xalqımızın yaddaşında qanlı bir səhifə kimi yer aldı.
Hücum zamanı, kəndin müdafiəsini təşkil edən Polis leytenatı Zirəddin Musa oğlu Əhmədov və serjant Məcid Əhmədov, yalnız iki avtomat və məhdud sayda sursatla düşmənə qarşı mübarizə apardılar. Həmin gecə 400 nəfərlik erməni silahlı qüvvələrinin planlı hücumu ilə kənd bir neçə istiqamətdən mühasirəyə alındı. Zirəddin Əhmədov, hücum başladığı anda düşmənə silahlı müqavimət göstərərək, bir neçə erməni silahlısını məhv etdi. Bu, düşmənin arasında müvəqqəti tədüdc yaratdı.
Serjant Məcid Əhmədov döyüşdə ağır yaralandı, lakin Zirəddin Əhmədov döyüşü təkbaşına davam etdirdi. O, yaralı olmasına baxmayaraq düşmənin irəliləməsini dayandırmağa çalışdı. Kənd sakinlərinin xilas olması üçün müvafiq istiqamətləri göstərərək, onları təhlükəsiz yerlərə aparmağa çalışdı. Zirəddin, həm də çoxsaylı dinc sakinləri xilas edərək, özünün yaralı qollarında azyaşlı körpələri daşıdı.
Bu hadisə zamanı Zirəddin Əhmədovun cəsarəti və qətiyyəti, onun yalnız bir hüquq-mühafizə orqanı əməkdaşı olmasını deyil, eyni zamanda xalqın qeyrətli və milli qahramanı obrazına çevrildi. Qazax mebel fabrikinin müdiri olan “Seno” ləqəbli şəxs, Zirəddin Əhmədovun 400 nəfərlik düşmən qüvvəsi qarşısında tək başına durmasını bildikdə ona 10.000 sovet rublu mükafat təyin etmişdi.
Lakin, bu qəhərmanlıq lazımi səviyyədə dəyərləndirilməmişdir. Sovet İttifaqının süqut etməsi ilə baş verən hüquqi və siyasi laqeydlik, Zirəddin Əhmədovun mübarizəsinin unudulmasına səbəb oldu. Hazırda Bakı Hərbi Məhkəməsində keçirilən ərməni silahlı birləşmələrinin üzərlərində aparılan istintaq nəticəsində Zirəddin Əhmədovun varisləri zərərçəkmiş şəxs kimi tanınmışdır.
Zirəddin Əhmədov döyüş meydanında səhid olmasa da, yaşadığı travmalar onun yaddaşında silinməz iz buraxdı. Onun timsalında, vətənin və xalqın təhlükəsizliyi uğrunda fədakarlığın nə qədər yüksək mənəvi məsuliyyət daşıdığı bir daha təsdiqini tapır. Bu cür qəhərmanlıqlar tariximizin arxa səhifələrində qalmamalı, mütləq dəyərləndirilməli, hüquqi qiymət almalı və yeni nəsillərə nümunə kimi təqdim edilməlidir. Zirəddin Əhmədovun adı yalnız Baganis Ayrim kəndinin deyil, bütün Azərbaycanın şərəf tarixi içində xüsusi yer tutmalıdır.