"Nigar Fərhad: Sözün Gücü ilə Susmayanda"

Nigar Fərhadın doğum günü
Bu gün Azərbaycanın tanınmış simalarından biri, efirdə həssas mövzulara toxunmaqdan çəkinməyən, cəmiyyətin susduğu məqamlarda sözə çevrilən bir qadın – Nigar Fərhadın doğum günüdür. Nigar Fərhadın adı xüsusilə “Sözün Bitdiyi An” layihəsi ilə bağlı təqdim edilir. Kanal S televiziyasında yayımlanan bu layihə, gündəlik televiziya efirində bənzərsiz formatı, sosial ədaləti müdafiə edən mədəniyyəti və aparıcının empatiya dolu yanaşması ilə fərqlənir.
Nigar Fərhad təkcə aparıcı deyil – o, efirdə həyatların izinə düşünən bir araşdırmaçı, bir dinləyici, bəzən də bir dayaq rolunu oynayır. Nigar Fərhadın yaradıcılıq və peşəkarlıq yoluna nəzər saldıqda, onun jurnalistikaya sadəcə bir peşə olaraq yanaşmadığı aydın görünür. O, sözün əsl mənasında “ictimai xidmət” anlayışını efirə daşıyan bir aparıcıdır. O, daim xalqın dərdinə toxunan, susdurulmuş səsləri tribun alan verilişlər hazırlayıb və bu baxımdan, jurnalistikanın əsas dəyərlərinə sadiqliyini qoruyub saxlayıb.
“Sözün Bitdiyi An”da təqdim olunan hekayələr, bizim cəmiyyətin görmək istəmədiyi acı həqiqətləri ortaya qoyur. Uşaq hüquqları, qadın zorakılığı, sosial ədalətsizlik və ailə problemləri kimi ağır mövzular efirdə səsləndirilərkən, Nigar Fərhadın səbrli, anlayışlı və bir o qədər də prinsipial mövqeyi tamaşaçılarda etibar hissi yaradır.
Nigar Fərhad televiziyada senzuranın və özünüsenzuranın hökm sürdüyü bir dövrdə, “sözün bitdiyi” anlarda belə səsiz qalmamağı bacaran nadir aparıcılardandır. O, emosional yaxınlığı ilə yanaşı, jurnalistikanın obyektivlik prinsipini də qoruyur. Verilişə çıxan qonaqlar – istər zərərçəkmişlər, istərsə də qarşı tərəf – özlərini dinlənilən və başa düşülən hiss edirlər. Bu isə Nigar xanımın peşəkarlığının, insanlara olan dərin hörmətinin göstəricisidir.
Mediamızda çox az insan var ki, gündəlik efirdə belə ağırlıqda sosial məsələləri bu qədər davamlılıqla və səmimiyyətlə gündəmə gətirsin. Nigar Fərhad, əslində, cəmiyyətin güzgüsüdür – hər gün efirdəki mövzular vasitəsilə bizi bizə göstərir, susanların səsini çatdırır, görünməyənləri görünən edir.
Onun verilişlərində ağlayan anaların, köməksiz uşaqların, ədalət axtaran insanların üzündə bir ümid işığı yaranır. Bizim bu işıq bir hüquqi nəticə ilə, bizim də sadəcə dinlənilməklə doğur. Lakin hər iki halda da, bu işığın arxasında Nigar Fərhadın vicdanlı və mərd mövqeyi dayanır.
Bu gün Nigar Fərhadın doğum günüdür. Onun həm fərdi, həm də peşəkar həyatında uğurlarının artmasını, insanlara etdiyi yaxşılıqların qarşılığını görməsini ürəkdən arzulayırıq. Cəmiyyətin maarifləndirilməsi, sosial problemlərin həllinə yönəlmiş fəaliyyətinin davamlı olmasını diləyirik.
Doğum gününüz mübarək, Nigar xanim! Sizin kimi dürüst, vicdanlı və mərhəmətli media nümayəndələrinin olması bu cəmiyyət üçün böyük şansdır. Qoy yeni yaşınız sizə daha çox güc, sağlamlıq və ilham gətirsin. Və söz heç vaxt bitməsin – çünki siz danışdıqca, cəmiyyət susmayacaq.