"AzerGold"da Struktur Genişlənməsi və İddialar

Son illərdə Azərbaycan dövləti idarəetmə sistemində optimallaşma, çeviklik və nəticə əsaslı fəaliyyət prinsipini əsas götürür

"AzerGold"da Struktur Genişlənməsi və İddialar
Azərbaycanda dövlət idarəetmə sisteminin optimallaşdırılması, çevikliyi və nəticə əsaslı fəaliyyət prinsipi əsas götürülür. Bu çərçivədə büdcə vəsaitlərinin səmərəli xərclənməsi, təkrarlanan vəzifələrin ləğvi və daha səmərəli strukturların qurulması məqsədilə müxtəlif regional idarəetmə modelləri tətbiq olunur. Eyni zamanda, struktur islahatları həyata keçirilir. Bu istiqamətdə apardığımız araşdırmalar çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur vəziyyətini thlil etdik. Araşdırma nəticəsində qeyd olundu ki, QSC-də süni şəkildə yaradılmış vəzifə bölgüləri, nəticəsiz idarəetmə və yüksək xərcli strukturlar müşahidə olunur. Bu kontekstdə diqqət çəkən qurumlardan biri də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətidir. “AzerGold”da İdarə Heyətinin sədri Zakir İbrahimovun 2 müavini və 9 müsaviri var. Qurumda eyni zamanda 20 şöbə və ya xidmət fəaliyyət göstərir. Ekspertlər və ictimaiyyət bu struktur bolluğunu Zakir İbrahimovun yaxın çevrəsinə vəzifə “hədiyyə etməsi” kimi qiymətləndirir. Həmçinin bildirirlər ki, dövlət qurumlarında sədr müavini kimi yüksək vəzifələrə təyinat birbaşa Prezidentin səlahiyyətləri çərçivəsində həyata keçirilir. Lakin Zakir İbrahimov yaxınlarını Prezident sərəncamı ilə vəzifəyə gətirə bilmədiyindən, onları müsavir, departament rəhbəri və digər inzibati vəzifələrlə təmin edir. Beləliklə, həm onlara daimi yüksək məbləğdə maaş verir, həm də ətrafında şəxsi loyal komanda formalaşdırır. “AzerGold”un əsas funksiyası ölkənin filiz və qızıl yataqlarının işlənməsi, hasilatın artırılması və bu sahədə milli gəlirə töhfə verməkdir. Ancaq görünür ki, qurumun gündəlik fəaliyyəti daha çox ofis daxilində cəmlənmiş inzibati strukturla məhdudlaşır. Qurumda bu qədər rəhbər şəxsin olması, təbii ki, dövlət büdcəsinə də əlavə yük gətirir. Çünki bu şəxslərin hər biri yüksək əməkhaqqı və digər xidmət imtiyazları ilə təmin olunur. Məlumatlara görə, “AzerGold” və onun rəhbəri Zakir İbrahimov narazılıq və tənqidlərdən xilas ola bilmir. Bu qurum mütəmadi olaraq tənqidləri üzərinə çəkir. Məsələn, xəbər saytlarından biri “AzerGold” QSC-nin sədri Zakir İbrahimovla bağlı ciddi korrupsiya iddialarından bəhs edir. Sayt yazır ki, o, oğlu Zaur İbrahimovla tenderlərin qeyri-qanuni idarə edilməsində müxtəlif şirkətlərdən “haqq” tələb edir. İddialara görə, tender qalibi olan şirkətlərdən pul alınır və bu vəsaitlər qeyri-rəsmi yollarla naqdlaşdırılaraq oğluna çatdırılır. Zakir İbrahimovun yaxın çevrəsindəki şəxslər, xüsusilə Rüfət Cabbarov, bu sxemin icrasında əsas vasitəçi kimi çıxış edir. Həmçinin, Zaur İbrahimovun iş üslubu da tənqid olunur. Nəticədə, “AzerGold”un hərtərəfli fəaliyyəti və struktur məsələləri ciddi müzakirə mövzusudur, və bu problemlərin həlli üçün effektiv islahatların həyata keçirilməsi gərəklidir.