“Yüksək Potensiallı İstedadlar üçün Yeni Layihə”

Veys?loglu MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, mütəxəssis heyətinə yönəldilmiş Yüksək Potensiallı İmkanlarin Dəyərləndirilməsi və İnkişafı layihəsinin rəsmi açılışını keçirib. Layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əmployeeslərin sistemli şəkildə müəyyənləşdirilməsi, dəyərləndirilməsi və inkişaf etdirilməsidir. Bu təşəbbüs, şirkət strukturunda yalnız rəhbər heyət deyil, eyni zamanda mütəxəssis bazasında olan istedadlara da liderlik imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edir.
Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talibov, Veysəloğlu MMC-nin Baş direktoru Bəxtiyar Allahverdi, İdarə Heyətinin üzvləri, şirkət direktorları və layihə çərçivəsində seçilmiş yüksək potensiallı mütəxəssisləri təmsil edən 80 nəfər iştirak edib. Tədbir zamanı layihənin mərhələləri, tətbiq olunan qiymətləndirmə metodikaləri, fərdi inkişaf planlarının məzmunu və mütəxəssislər üçün nəzərdə tutulan imtiyazlar təqdim olunub.
Yüksək potensiallı əməkdaşlar üçün təşkil olunan bu layihə, şirkətin liderlik ehtiyatı yaratmaq, daxili irəliləmə imkanlarını gücləndirmək və dayanıqlı insan kapitalı formalaşdırmaq istiqamətində atdığı strateji addım kimi dəyərləndirilib. Eyni zamanda, tədbirdə Dünya Bankının gender məsələləri üzrə məsləhətçisi və ADA Universitetinin təlimçisi Şəmsiyyə Mustafayeva da qonaq qismində iştirak edərək, layihənin inkluzivlik və gender baxımından əhəmiyyətini vurğulayıb.
Layihə həm iştirakçılar, həm də rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və insan resurslarını əhatə edən innovativ təşəbbüs kimi dəyərləndirilib. Bu layihə Veysəloğlu MMC-nin insan resursları strategiyasında yalnız rəhbər heyət üçün deyil, həm də mütəxəssis səviyyəsindəki istedadlar üçün uzunmüddətli inkişaf imkanları yaratmağa yönəldilmiş qabaqcıl yanaşmanın bariz nümunəsidir.
Bu dərəcədə hətəli şəkildə həyata keçirilən layihə, mahiyyət etibarilə ölkədə ilk təşəbbüsardan biri hesab olunur və korporativ liderliyin inkluziv və davamlı modelinin formalaşmasına xidmət edir. Beləliklə, Veysəloglu MMC, mütəxəssislərin inkişafını dəstəkləmək və liderlik potensialını artırmaq məqsədilə strategiyalarını davamlı olaraq yeniləməyə davam edir.
```