"Qərbi Azərbaycan İrsinin təqdimat mərasimi keçirildi"

Bu gün Bakı şəhərinin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi” kitabının birinci cildinin təqdimatı keçirilib

"Qərbi Azərbaycan İrsinin təqdimat mərasimi keçirildi"

Bu gün Bakı şəhərinin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan Irsi" kitabının birinci cildinin təqdimatı keçirilib. Bu tədbir təkcə bir kitabın təqdimatı deyil, həm də tarixi yaddaşımızı, keçmişimizi xatırladan bir məna daşıyır.

Arazmedia.az xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma mərasimi ilə başlayıb. İştirakçılar, böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirərək, onun milli-mənəvi irsin qorunması istiqamətindəki uzaqgörən siyasətini xatırlayıblar. Mərasim iştirakçıları mərkəzin foyesində "Qərbi Azərbaycan Irsi" kitabının səhifələrini əks etdirən foto şəkillər və Qərbi Azərbaycana aid kitablara baxış keçiriblər. Tədbir, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra, Qərbi Azərbaycan ərazisində qəbiristanlıqlar və tarixi abidələrdə ermənilər tərəfindən vandalizmə yol verilmiş hadisələri özündə ehtiva edən videoçarx nümayiş olunub. Tədbiri Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayilov açaraq qonaqları salamlayıb və bu layihənin sadəcə elmi bir nəşr deyil, həm də mədəni borcun təcəssümü olduğunu qeyd edib. Məlumdur ki, illər boyu, zaman-zaman Qərbi Azərbaycanda yaşayan vətəndaşlarımız, dədə-baba ocaqlarından, qədim yurd yerlərindən zorla didərgin salınmış, 1905-ci ildən başlayaraq 1988-ci il də daxil olmaqla mərhələlərlə deportasiya olunmuşlar. Ulu Öndər ikinci dəfə hakimiyyətə gələn zaman Qərbi Azərbaycandan məcburi köçkün olmuş vətəndaşlara öz yurdlarına qayıdacaqları fikrini dəfələrlə qeyd edirdi.

İcra başçısı vurğuladı ki, Qərbi Azərbaycan məsələsi bu gün Azərbaycanın siyasi kursunun prioritet istiqamətlərindən biridir və bu istiqamətdə aparılan islahatlar Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Digər çıxış edənlər Milli Məclisin deputatı Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə koordinatoru Əhməd Rzayev, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid atası Nizami Hüseynov və Qərbi azərbaycanlı ziyalı Kərim Cəfərli kitabın elmi və ictimai əhəmiyyətindən danışıblar. Onlar qeyd ediblər ki, əsrlər boyunca Qərbi Azərbaycan torpaqlarında formalaşmış zəngin mədəni irs bu gün də xalqımızın mənəvi yaddaşında yaşayır və gələcək nəsillərə ötürülməsi zəruridir. "Qərbi Azərbaycan Irsi" kitabının nəşri bu istiqamətdə atılmış mühüm addımdır.

Vurğulanıb ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın doğma yurdlarına qayidişi Azərbaycanın milli maraqlarına və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu məsələ bu gün Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasətin əsas sərtlərindən biridir. Şanlı Zəfərimizdən sonra bu istiqamətdə tarixi prosesin tamamilə qoyulmuşdur və xalqımız əmindir ki, cənab Prezidentimizin siyasi iradəsi və qətiyyəti sayəsində Qərbi Azərbaycana qayidişin ədalətli həlli beynəlxalq səviyyədə təmin olunacaqdır.

Sonda tədbir iştirakçıları "Qərbi Azərbaycan Irsi" kitabının birinci cildi ilə yaxından tanış olublar və kitabın təqdimatı ilə bağlı fikir mübadiləsi aparıb.

Mənbə: Qaradagda "Qərbi Azərbaycan Irsi" kitabının təqdimat mərasimi keçirilib