"Ucar'da Dövlət Malı Qanunsuz Talana Məruz Qalıb"

Ucar rayonu sakinləri, Seyidov Sadiq Əhməd oğlu, Agayev Mahir Məhəmməd oğlu, Dadasov Müsfiq Sakir oğlu, Səfərov Zahid Mikayıl oğlu, Kərimova Mətanət Rasim qızı, Rəhimova Bənövşə Qasim qızı, Nəsirova Nəzin Vahid qızı və digərləri, Ucar rayon Su Meliorasiya İdarəsində baş verən qanunsuz əməliyyatlarla bağlı geniş ictimaiyyəti məlumatlandırmağı məqsəd qoyaraq Aktualinfo.org-un elektron poçtuna məktub göndəriblər.
Məktubda Ucar rayonunun sakinləri, rayon ərazisində baş verən ciddi qanunsuzluq və talançılıq halları ilə bağlı narahatlıqlarını ifadə edərək, su borularının qanunsuz satılması məsələsinə aydınlıq gətirilməsini tələb edirlər. Son dövrlərdə Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 552 metrdən çox uzunluğa malik, böyük diametrli su borularının qanunsuz şəkildə qazılaraq çıxarılması və satılması faktı ortaya çıxıb. Bu boruların idarənin balansında olmadığını bildirən sakinlər, bu əməliyyatların tamamilə qanunsuz olduğunu vurğulayırlar.
Ucar rayon sakinlərini daha da narahat edən mətan, idarənin müdiri Müsfiq Məmmədov və onun müavini Zaur Əzizovun cəzadan kənar olaraq daha da azğınlaşmasıdır. Onların, sakinlərə məxsus su və kanalizasiya borularını hədəf ala biləcəkləri bildirilib. Sakinlər, Müsfiq Məmmədovun Ucar Rayon İcra Hakimiyyətinin başçısı MANSUR MƏMMƏDOVun qardaşı olduğu üçün onun məsuliyyətdən yayınması məsələsində şübhələrini artırdıqlarını qeyd edirlər.
Sonuncu qanunsuz əməliyyat Məlkiballı Qurban küçəsi ilə üzbəüz yerləşən yaşayış binasının ərazisində həyata keçirilib. Bu fakt, çoxsaylı şahid ifadələri və vizual sübutlarla təsdiqlənir. Həmçinin, Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məxsus texnikalar pullu şəxsi işlərə cəlb edilir, lakin kəndlərdə su kanallarının təmizlənməsi üçün ciddi işlər görülmür. 100-200 metr məsafədə aparılan təmizlik işlərinə ayrılan vəsaitin talan edildiyi başa düşülür.
Sakinlər, Azərbaycan Respublikasının Baş Prokurorluğunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən bu məsələnin ciddi və obyektiv şəkildə araşdırılmasını, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin qanun qarşısında cavab verməsini tələb edirlər. Bunun yalnız vətəndaşların əmlak və təhlükəsizlik hüquqlarına təhdid olmadığını, eyni zamanda dövlətin nüfuzuna və qanunun aliliyinə açıq hörmətsizlik olduğunu bildirirlər.
Nəticədə, Ucar sakinləri məsuliyyətli və şəffaf media nümayəndələrindən bu məsələyə diqqət ayırmağı və ictimaiyyətləşdirməklə onlara dəstək göstərmələrini xahiş edirlər.
VIDEO BURDA - My Webpage
Aktualinfo.org