"Qazi ailəsinin şikayəti: İcra hakimiyyətinə etiraz"

Lerik rayon sakini Nuriyev Əlibala Təzəxan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına bir şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, icra nümayəndələri onun oğlunu aldadaraq obyektini söküblər.
Nuriyev qeyd edir ki, 3 övladı var, onlardan biri müharibə dövründə xidmət etmiş, sifarişli şəxsdir. 2020-ci il sentyabrın 30-da ikinci övladı Nurili Elsevər Alibala oğlu könüllü olaraq Lerik rayon Hərbi Komissarlığından hərbi xidmətə yola salınmışdır. Müharibədən sonra, 2021-ci ildə Xəzər rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən, oğluna Binə qəsəbəsində, "Mehriban Qonşular" adlanan yerdə, Şahidlər bulağının qabağında meyvə-tərəvəz dükanı açmaq üçün yer verilmişdi. Oğul Elsevərin iki uşağı var.
2025-ci il, yəni 20-25 gün əvvəl, möhtərəm Prezidentimiz İlham Əliyev zavodun açılışı ilə əlaqədar Binə qəsəbəsinə gəlmişdi. İcra Hakimiyyətinin işçiləri bildirdilər ki, dükanın görünüşü yaxşı deyil, sökülməlidir. Dedilər ki, söküb yerində yenisini tikəcəklər. Hətta dəqiq təkid etdilər ki, cənab Prezident qayidandan sonra tikinti üçün başlanılacaq.
Prezident gedəndən sonra, Binə qəsəbəsinin icra nümayəndəsi İrəstun adlı şəxs həmin əraziyə iki-üç ağac əkmişdir. Bu, onlar üçün bir aldatma idi. Nuriyev, icra başçısının verdiyi yerin məmurlarca mənimsənilməsini iddia edir. Xəzər rayon İcra Hakimiyyətinə müraciət edən Nuriyev, İrəstun tərəfindən qəbul edilmədiyini bildirir. Orada olan polis tərəfindən "İrəstunla razılaşmalısınız" cavabını alıb.
Oğul Elsevər, "Siz mənim çörək ağacımı aldınız" dedi. Amma yenisinin tikilməsi ilə bağlı söz vermişdiniz. İrəstun isə ona "Sən get, həyətində balaca bir köşk düzəlt, çörək pulunu qazan" deyir. Nuriyev, "Bəs bizim ora çəkdiyimiz zəhmət, xərclədiyimiz pulları kim verəcək? Bizə 7-8 min manat ziyan vurulub"deyir.
Nuriyev bildirir ki, bir övladı artıq müddətdən artıq hərbi xidmətdədir, digəri ikinci qrup əlildir, psixi durumu isə yerində deyil. O, ailə içindəki problemlərin öz şəxsi işi olduğunu qəbul edir, amma minimum qazinin evini dolandırmasına mane olmamalıydı.
Oğul Elsevər dəfələrlə intihara meyil etmiş bir gəncdir və Nuriyev, "Mən oğlumu itirmək istəmirəm. Zərər çəkən şəxs qazidir" deyir. Yenidən icra başçısının qəbuluna girməyə çalışacaq, lakin buna imkanların verilmədiyini vurğulayır.
Nuriyev, "Şikayətim işıqlandırılarsa, Prezident də olanlardan xəbər tutar. O, dəfələrlə deyib ki, qaziyə hörmət olunsun. Bu qazinin də valideyniyəm. Mən bütün borca, kreditə düşürəm ki, bu uşaq yaşasın, onu yaşadıram. Arxasınca düşmüşəm, narahatam ki, bir səhv addım atar, özünə qəsd edər. Başını aşağı salıb az-çox ruzisini qazanırdı. İmkan vermədilər. Prezidentin adından istifadə edərək, oğluma aid olan balaca bir mağazanın dağıtdılar" deyir.
Sizin sayt vasitəsilə icra başçısından da xahiş edir ki, onları qəbul etsin.
Hurriyyet.az
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adı çəkilən qurumun və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
```