SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/867_kupcasiz-evl-r-qeydiyyat-problemi-ekspertd-n-aciql

SON XƏBƏR

Hamısı

Kupçasız evlərə qeydiyyat problemi - Ekspertdən AÇIQLAMA

(3 Yil, 9 Ay öncə) 576 İzlenme 0 Yorum
Kupçasız evlərə qeydiyyat problemi - Ekspertdən AÇIQLAMA

ÜMİDTV.com:       Azərbaycan vətəndaşıları ölkənin istənilən ərazisində qeydiyyata düşmədən istədikləri qədər yaşaya bilərlər. Ancaq bu gün qeydiyyata düşmək məsələsi o qədər qəliz prosesə çevrilib ki, daimi yaşayış yerini dəyişən şəxslər belə bu prosesdən keçməmək üçün, yaşayış yerlərini dəyişdirmək istəmirlər. Bu gün Bakıda 10 ildən artıq yaşayan minlərlə ailə var ki, hələ də bu şəhərdə qeydiyyata düşə bilməyiblər.

Məsələnin digər bir tərəfi isə hazırda övladını birinci sinifə qəbul olunmaq üçün sənəd hazırlayan valideynləri narahat edir. Belə ki, hər ilin avqust ayında orta məktəblərin birinci siniflərinə şagird qəbulu ücün sənəd hazırlayan valideyinlər qeydiyyat məsələsi ilə əlaqədar olaraq ciddi problemlərlə üzləşirlər. Tələb olunan sənədlərdən biridə şagirdin sənəd verdiyi məktəbə yaxın bir ünvanda qeydiyyatda olmasını təsdiq etməlidir.

Məsələyə münasibət bildirən əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, hazırda bu problem ilə üzləşənlərin sayı çoxdur.

''Məlumdur ki, Bakı və Abşeron ərazilərində yüz minlərlə çıxarışsız evlər mövcuddur. Çıxarışın olmaması səbəbindən vətəndaşların öz evlərinə qeydiyyata düşməsi müşkül bir məsələyə çevrilib. Vətəndaş öz cıxarışsız mənzilinə qeydiyyata düşmək ücün ya məhkəməyə müraciət etməli və yaxud da hansısa bir qeyri qanuni sayılan əmələ əl atmalıdır. Qanunla ünvana qeydiyyata düşmə anlayışı həmin mülkə sahib olmaq demək deyil. Yəni vətəndaşın bir ünvanda qeydiyyatının olması onun o mülk üzərində mülkiyyət hüququna sahib ola bilməsi deyil. Bu gün tək Bakı və Abşeronda qeydiyyatda olmadan milyondan artıq insan yaşayır. ''

Bəs bu gün yaşadığı ünvanda qeydiyyatsız yaşayan vətəndaşlara çatımlılıq hansı formadadır ? Onlara gələn məktub, məhkəmə çagırışları, seçkilər zamanı səs vermə və digər sənədlərin çatımlılıgı hansı formada aparılır?

Ekspert bildirdi ki, yaşadığı ünvana qeydiyyat həmin insana dövlət tərəfindən bir müddət yaşama niyyətində oldugu ünvanda olduğunu müəyyənləşdirən bir amildir. Tutaq ki bir əsgərlərin qeydiyyat ünvanı xidməti dövrdə xidmət etdiyi hərbi hissə olur. Yəni o əsgərin adına gələn məktub və digər sənədlər onun yaşadıgı evə deyil, onun xidmət etdiyi ünvana gəlir. Çünki məlumdur ki xidmət dövründə həmin əsgər xidməti bitənə qədər həmin ünvanda olmalıdır.

 

''Bu məsələ uzun illər böyük problem olaraq qalsada ötən il cənab Prezident İlham Əliyevin tapşırığı əsasında 400 yeni tikili çoxmənzilli binalara çıxarışların verilməsi məsələsi öz həllini tapdı. Və bununla da minlərlə insanın həm çıxarış həmdə qeydiyyat problemi öz həllini tapdı. Cənab Prezidentin hər kəsin arzusunda olduğu növbəti tapşırıgı isə sənədsiz həyət evlərinə əmlak amnisitiyası verilərək onların çıxarışlarla təmin olunması oldu. Çıxarışı olmayan çoxmənzilli yeni tikili binalara çıxarışların verilməsi qıza zaman ərzində baş versədə koronovirus pandemiyası səbəbindən fərdi həyət evlərinə çıxarışların verilməsi xeyli vaxt yubandı. Əsas məsələ isə ondan ibarətdir ki bu cür halların gələcəkdə də baş verməməsi ücün sənədləşmə məsələlərinə ciddi dəyişikliklər olunmalı və bütün prosudur qaydaları sadələşməlidir. O zaman nə aministiyaya ehtiyac qalar nədəki vətəndaşlar bu cür problemlərlə üzləşə bilərlər.''

Mövcud qanunvericiliyə əsasən, qeydiyyat məsələsində heç bir problem olmamalıdır. Hər bir Azərbaycan vətəndaşı ölkə daxilində digər bir ünvanda 60 günə qədər qeydiyyatsız yaşaya bilər. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş isə həmin yerə gəldikdən sonra 7 gün ərzində internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata düşməlidir. Bu zaman müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Qeydiyyat məcburi olmasa da…vətəndaşların yaşayış yerini dəyişərkən olduqları yerdə qeydiyyata düşməsi çox vacibdir. Əslində «Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının qanunu»na uyğun olaraq qeydiyyata düşmək vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaradır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı