SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/828_mubariz-m-nsimovdan-m-ktub-var-v-t-nim-az-rbaycan-

SON XƏBƏR

Hamısı

Mübariz Mənsimovdan məktub var: "Vətənim Azərbaycan və Türkiyəm üçün canımdan keçməyə hazıram"

(3 Yil, 9 Ay öncə) 1,19 B İzlenme 0 Yorum
Mübariz Mənsimov: Vətənim Azərbaycan və türkiyə üçün canımdan keçməyə hazıram.

ÜMİDTV.com:     Təqsiri olmadan həbsdə saxlanılan Mübariz Mənsimovdan məktub var.  Məktubun mətnini olduğu kimi təqdim edirik.  

Dəyərli bacı və qardaşlarım,

Artıq 6 aya yaxındır ki, yalançı ifadə verənlərin sayəsində haqsız yerə cəza evində, mənə layiq olmayan bir yerdə saxlanılmaqdayam. Mənim anlamadığım və xüsusi diqqətlə vurğulamaq istədiyim məqam odur ki, bu insanlar 4 ildir mənim şirkətimdən ayrılıblar. Bunlar nəyə görə 4 il sonra yalan ifadələr verərək, yalançı şahid oldular?! Madəm, mən terrorcu, vətən xaini idim, nəyə görə bu çirkin iftiranı 4 il sonra mənim əleyhimə irəli sürdülər?! Bu il ağıllarına gəldi?! Mən bir daha bəyan edirəm ki, mən, Mübariz Qurbanoğlu Mənsimov, heç bir zaman nə Türkiyə, nə də Azərbaycan dövlətinə xəyanət etmişəm. Yalançı ifadələr mənə qarşı atılan ən ağır iftiradır. Vətənim Azərbaycan və Türkiyəm üçün çanımdan keçməyə hazır olan biriyəm, bununla hər zaman qürur duydum və hər zaman sinəmə döyərək dedim. Mən həmişə hər iki dövlətin yanında olmuşam. Əlimdən gəldiyi qədər də, bir iş adamı olaraq, etmişəm. Allah nəsib etsin, bundan sonra da edərəm.

Əzizlərim,

Sentyabtın 15-də məhkəmə gözlənilir. Hər gün aldığım məlumatlardan görürəm ki, şirkətimin vəziyyəti günü gündən pisləşir. Dənizdə olan kapitan və gəmi heyətləri, ailələri olduqca çətin günlər yaşayır. Dəstək verdiyim insanlara aylık yardımlar dayandırılıb, tələbələrə verdiyim burslar durdurulub. Maddi və mənəvi çətinliklər günü gündən artır. Buna görə Sizlərdən üzr istəyirəm. Yanınızda ola, dəstək verə bilmirəm.

Amma bu qara günlər mütləq bitəcək. Yenidən sizlər üçün əlimdən gələni edəcəm. Yanımda olan, mənim üçün duasını əsirgəməyən hər kəsə təşəkkür edirəm. Tərəfdaşlarım, dəyərli bankçılar: yanımda olub problemlərimi həll etməkdə kömək göstərdiyinizi də bilirəm. Türk ədalətinə inanıram və güvənirəm. Gec ya da tez haqq-ədalət öz yerini tapacaq. Mən Mübarizəm, mən gücümə, əməyimə inanan birisiyəm və əminəm ki, günahsızlığımı sübut etdikdən sonra hər şey əvvəlkindən də yaxşı olacaq.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı