SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/821_video-zoomda-300-n-f-rd-n-ibar-t-v-t-n-ogluna-azad

SON XƏBƏR

Hamısı

VİDEO: Zoomda 300 nəfərdən ibarət Vətən oğluna azadlıq mitinqi keçirildi -QƏTNAMƏ QƏBUL EDİLDİ

(3 Yil, 9 Ay öncə) 981 İzlenme 0 Yorum
VİDEO: Zoomda 300 nəfərdən ibarət Vətən oğluna azadlıq mitinqi keçirildi -QƏTNAMƏ QƏBUL EDİLDİ

ÜMİDTV.com:       Beynəlxalq  Amnesty İnternational, BMT İnsan haqları təşkilatı Human Rights Watch, Civil Rights Defenders  Təşkilatlarına   
  
2020-08-09  tarixdə Zoom proqramı vasitəsi ilə həyata keçirilən Virtual ”Vətən oğluna Azadlıq” adlı mitinq iştirakçıları adından
                                                                        QƏTNAMƏ 
Dünyaca məhşur iş adamı, xeyriyyəçi Mübariz Qurban oğlu Mənsimovun Beynəlxalq müdafiəsinə qalxmış  Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkistan, Moldova, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Almaniya, İsveç,İsveçrə,  Norveç, Niderland, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, ABŞ, Nigeriya, İsrail, Ərəb Əmirlikləri və Dünyanın bir çox ölkələrində  yaşayan və fəaliyyət göstərən eləcə də yuxarıdakı ölkələrin vətəndaşları olan ayrı-ayrı millət və xalqların nümayəndələri olaraq sizlərə müraciət edirik. 
Hörmətli Beynəlxalq İnsan Haqqları təşkilatlarının rəhbərliyi və nümayəndələri,  
Bu gün artıq 6 aya yaxındır ki, iftiralarla dolu əsassız ittihamlarla günahsız yerə   həbs edilən və Dünyanı bürümüş ikinci koronavirus Covid-19 Pandemiya bəlasının tüğyan etdiyi bir dövrdə İstanbulun Silivri həbsxanasında xəstə halıyla(2020-ci il martın 11-i cərrahiyə əməliyyatı keçirib, 15 martda həbs edilib) valideynlərindən, övladlarından və ailəsindən qoparılaraq can çəkən, Dünyanın ən böyük dəniz daşımaçılığı şirkətinə sahib olan məhşur iş adamı, Forbes jurnalının 2015 il nəticələrinə görə 500 ən varlı iş adamı içərisində yer alan eləcə də   xəstələrə, əlillərə, müharibə veteranlarına, sənət adamlarına, xəstə uşaqlara və qapısına gələn kimsəni naümüd qoymayaraq yardım edən, 40 min işçisi olan,  20 min tələbəyə təqaüd verən, Azərbaycana və Türkiyəyə milyardlarla sərmayə qoyan Türkiyədə böyük vergi ödəyicisi Palmali Şirkətlər Qurupunun təsisçisi və prezidenti Mübariz Qurbanoğlu Mənsimov həbsxanada şiddətli psixoloji işgəncələrə  məruz qamaqdadır. 4 keçimiş işçilərinin qondarma ittihamlarıyla guya Mübariz Mənsimov “Fetö” adlanan Fətullah Gülən hərəkatına yardım edirmiş. Əslində isə onun həbsinin sifarişli olması heç kəsdə şübhə doğurmur. Məqsəd isə onun mal mülkünə əl qoymaq, şirkətini çökdürmək, özünü isə fiziki çəhətdən məhv etməkdir. Bütün bu işlərin arxasında isə Azərbaycan və Türkiyənin oliqarxiya sisteminin korrupsiyalaşmış məmurlarının durduğu heç kimdə şübhə doğurmur. Əgər belə olmasaydı mart ayının 16 da qeyri-qanuni evinə hücum edilərək həbs edilən Mübariz Mənsimovun gecə yarısı onu mühakimə edən hakimi dəyişdirilərək sifarişçilərin əmri ilə onlara daha yaxın olan bir adamın dərhal bu işə təhkim olunması və Qurbanoğlunun tələm-tələsik istintaq altına alınması baş verməzdi. Daha sonra 3 ay ərzində heç bir istintaq əməli həyata keçirilmədi və yalnız 3 ay sonra məhkəmə müddəti məlum oldu və 15 sentyabrda məhkəmə gözlənilir. Mübariz Mənsimovun vəkilləri onun işi ilə tanış olublar istintaq materiallarındakı bir çox iddialar sübuta yetirilməyib. Vəkillər həbs qəti imkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsi haqqında 6 dəfə vəsatət qaldırdıqlarına baxmayaraq vəsatətləri ləğv olunub. Bu da bir daha həbsin sifarişli olmasını təsdiqləyən faktorlardandır.   
Məhkəmə vaxtına az qalıb və ictimaiyyətə belə söhbətlər sızdırılır ki,  məhkəmə vaxtı dəyişdiriləcək və daha qeyri müəyyən müddətə uzanacaq. Bu da o deməkdir ki, Qurbanoğlunun həm şirkətinin  və həm də  özünün fiziki məhv edilməsi planı tam həyata keçirilsin. Mübariz Mənsimov özü bu barədə həbsxanadan yazır:  “Artıq 6 aya yaxındır ki, yalançı ifadə verənlərin sayəsində haqsız yerə cəza evində, mənə layiq olmayan bir yerdə saxlanılmaqdayam. Mənim anlamadığım və xüsusi diqqətlə vurğulamaq istədiyim məqam odur ki, bu insanlar 4 ildir mənim şirkətimdən ayrılıblar. Bunlar nəyə görə 4 il sonra yalan ifadələr verərək, yalançı şahid oldular?! Maadam, mən terrorcu, vətən xaini idim, nəyə görə bu çirkin iftiranı 4 il sonra mənim əleyhimə irəli sürdülər?! Bu il ağıllarına gəldimi?!”... “Hər gün aldığım məlumatlardan görürəm ki, şirkətimin vəziyyəti günü gündən pisləşir. Dənizdə olan kapitan və gəmi heyətləri, ailələri olduqca çətin günlər yaşayır. Dəstək verdiyim insanlara aylıq yardımlar dayandırılıb, tələbələrə verdiyim təqaüdlər durdurulub. Maddi və mənəvi çətinliklər günü gündən artır. Buna görə Sizlərdən üzr istəyirəm. Yanınızda ola, dəstək verə bilmirəm” 
Mübariz Mənsimov bu müddət ərzində 20 kg çəki itirib onda psixolojı problemlər əmələ gəlib. Bu həm də ətraf təsirlərlə bağlıdır. Onunla görüşən müstəntiqlər hər dəfə onun şirkətinin iflas olması barədə yalan və iftira dolu məlumatlar verirlər. Bir də Azərbaycana məxsus olan SOCAR-ın maliyyələşdirdiyi Kanal Global adlı TV şirkəti demək olar ki, hər gün Mübariz Mənsimovun müflis olunması barədə yalan və böhtan dolu informasiyalar yayır.  
Mübariz Mənsimovun həbsdən azad edilməsi artıq Dünyada yaşayan Azərbaycanlıların və Azərbaycan dostlarının prioritet məsələsinə çevrilib. Hər gün 100 minlərlə insan,  qocalar, yaşlılar, cavanlar və hətta uşaqlar, həm Türkiyənin və həm də Azərbaycanın Dövlət başçılarına sosiyal şəbəkələr vasitəsi ilə müraciətlər edir, twitter və facebook vasitəsi ilə dövlət və hökümət qurumlarının diqqətinə Mübariz Mənsimovun günahsız olduğunu  çatdırmaq istəyirlər. Bundan başqa həftədə ən azı üç dəfə İsveçdən yayınlanan SAMM TV və demək olar ki, həftənin bütün günləri Azərbaycandan yayılanan Ümüd TV internet tv-ləri canlı yayınlara həm Türkiyənin və həm də Azərbaycanın tanınmış siyasətçilərini, iş adamlarını, hərbçiləri, Millət vəkillərini və ayrı-ayrı sosyal mənsubiyyəti olan insanları dəvət edir onlarla birlikdə Mübariz Mənsimova azadlıq tələb edirlər. Bütün bunlardan başqa Türkiyədən idarə olunan 10 minlərlə üzvü olan  Mübarizlər Facebook səhifəsi demək olar ki, günün bütün saatlarında canlı yayınlar edir insanların diqqətini bu məsələyə cəlb edirlər. MG TV adlı İnternet tv Youtube üzərindən, SHA adlı xəbər agentliyi həm youtube və həm də FB üzərindən sujetlər edir qonaqlarla birlikdə proqramlar hazırlayırlar.  Amma bunların heç biri ya  ünvanına çatmır ya da ictimai fikrə məhəl qoyan tapılmır. 
Biz Zoom mitinqində iştirak edən Mübariz sevənlərin təmsilçiləri (300 nəfər) Dünya ictimaiyyətini Mübariz Mənsimovun Azadlığa çıxmasında bizim səsimizə səs verməsini xahiş edirik. 
Hörmətlə ”Vətən oğluna Azadlıq” Zoom konfransının iştirakçıları. 
2020.08.09

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı