SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/816_az-rbaycanda-insanlardan-kutl-vi-test-goturul-c-k-

SON XƏBƏR

Hamısı

Azərbaycanda insanlardan kütləvi test götürüləcək: Evlərə zəng edilərək...

(3 Yil, 9 Ay öncə) 1,36 B İzlenme 0 Yorum
Ümumdünya Səhiyyə Təşkilatının ən son məlumatına əsasən dünyada bu vaxtadək 20 milyondan çox insanın koronavirus testi pozitiv çıxıb. Amma bu, sadəcə, test edilən insanların sayıdır. Yüzlərlə, bəlkə də, minlərlə insan koronavirusu simptomsuz keçirib. Onların sayını isə müəyyənləşdirmək hələlik mümkün olmasa da, bunun öyrənilməsi məqsədilə müxtəlif ölkələrdə seroloji testlər həyata keçiriləcək.

ÜMİDTV.com:      Koronavirusa görə son zamanlar seroloji test sözünə daha çox rast gəlinir. Seroloji test üçün müraciət olunan xəstələr, əsasən, "seroloji test nədir? necə götürülür? Bunda məqsəd nədir? suallarına cavab axtarırlar.

Seroloji test adı verilən anticism testi qan analizi götürülən şəxsdə viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülalların yaranıb, yaranmamasının, yaranıbsa da, miqdarının müəyyənləşdirilməsi prosesidir.

Anticisim testləri əsasən, xüsusi mikroorqanizmə qarşı formalaşan immuniteti dəyərləndirmək, infeksiyanın öyrənilməsi, allergiya, hepatit HİV, qaraciyər xəstəlikləri, frengi, lupus, tiroid və ya otoimmun pozuntularından yaranan problemləri müəyyənləşdirmək məqsədi ilə həyata keçirilir.

Bir çox ölkələrdə pandemiya səbəbi ilə alınan qabaqlayıcı tədbirlərin aradan götürülməsi və ikinci dalğanın yayılmasına mane olmaq məqsədi ilə bu xəstəliyə qarşı immuniteti yaranan şəxslərin müəyyənləşdirilməsi prosesi başlayıb.

Azərbaycanda da qısa zamanda seroloji testlər həyata keçiriləcək. Testlər hamıdan yox, təsadüfi seçilmiş əhali qruplarından götürüləcək. Burada könüllülük prinsipi əsas tutulacaq.

Azərbaycanda da keçiriləcək seroloji testlərin məqsədi son zamanlar dünyanı cənginə alan koronavirusa qarşı əhalidə immunitetin yaranma vəziyyətini öyrənməkdir. Bu testlər əsasında nə qədər insanın əvvəldən bu xəstəliyi keçirməsi müəyyən ediləcək. Həmçinin, əhalinin nə qədər hissəsinin bu virusa yoluxduğunu bilmək mümkün olacaq. Bundan əlavə, bu test prosesi və nəticələri gələcəkdə karantin rejiminin sərtləşdirilməsi, yumşaldılması ilə bağlı qərarlara da öz təsirini göstərə bilər.

Tədqiqatların ilkin mərhələdə Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək. Testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı göndəriləcək. Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir.

Qeyd edək ki, formalaşmış immunitetin bədəndə qalmasının müvəqqəti olma ehtimalına görə seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir. (milli.az)


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı