SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6842_az-rbaycanin-rusiyadaki-s-firliyi-erm-nistan-h-rbi

SİYASƏT

Hamısı

Azərbaycanın Rusiyadakı Səfirliyi: Ermənistan hərbi-siyasi təxribata əl atır

(2 Yil, 5 Ay öncə) 1,06 B İzlenme 0 Yorum
Azərbaycanın Rusiyadakı Səfirliyi: Ermənistan hərbi-siyasi təxribata əl atır

“Bu il noyabrın 16-da Ermənistan hərbi-siyasi təxribata əl ataraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərinə genişmiqyaslı hücuma cəhd edib. Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin ağır hərbi və artilleriya texnikasından istifadə etməklə hücumun qarşısını almaq üçün adekvat və təsirli tədbirlər həyata keçirib. Toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb. Bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əvvəlcədən planlaşdırılmış və məqsədyönlü təxribatıdır. Vəziyyəti gərginləşdirmək üçün Kəlbəcər və Laçın rayonları istiqamətində bir sıra yüksəklikləri ələ keçirməyə və bununla da hərbi üstünlük əldə etməyə cəhd edildi”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda, həmçinin Ermənistan Silahlı Qüvvələrinin digər təxribat xarakterli əməlləri də qeyd olunub: “44 günlük müharibədə ağır məğlubiyyətin əvəzini çıxmaq üçün Ermənistan Azərbaycan ordusunun bölmələrinə qarşı ardıcıl təxribatlara başlayıb. Noyabrın 6-7-də Ermənistanın keçmiş müdafiə naziri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qeyri-qanuni səfər edib və bir sıra qızışdırıcı və təxribat xarakterli hərəkətlərə yol verib. Bu il noyabrın 19-da isə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinə məxsus mühəndis texnikasını atəşə tutub. Həmin gün Ermənistan tərəfi Laçın rayonunun Qaragöl gölü ətrafında Azərbaycanın mövqelərinə gedən yola 60 nəfərlik hərbi qulluqçu yerləşdirməyə cəhd edib. Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hissəsi mühasirəyə alınıb. Rusiya tərəfinin xahişini nəzərə alan Azərbaycan növbəti dəfə humanizm nümayiş etdirərək erməni hərbçilərin geri qayıtmasına şərait yaradıb. Bu il noyabrın 13-də Şuşa şəhəri yaxınlığında erməni terrorçuları Azərbaycan hərbçilərinə qarşı qumbaraatan ataraq növbəti terror aktı törədiblər. Nəticədə 3 hərbçi yaralanıb”.

“Yuxarıda deyilənlərdən göründüyü kimi, regionda gərginliyin artmasına görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və o, sərhəddə həyata keçirilən hərbi avantüraya paralel olaraq beynəlxalq aləmdə Azərbaycana qarşı yalan və qaralama kampaniyasını davam etdirir. Azərbaycan suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn toxunulmazlığına qarşılıqlı hörmət əsasında Ermənistanı əsassız iddialara son qoymağa çağırır. Tanınmış sərhədlər Ermənistanı ikitərəfli dövlətlərarası münasibətlərin qurulması üçün konstruktiv addımlar atmağa, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasına məcbur edir”, - səfirlikdən bildirilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı