Dünən Qaradağ rayonu Müşfiqabad qəsəbəsində özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atan yeniyetmə vəfat edib.
“Report” xəbər verir ki, 14 yaşlı Aygün Eyvazova təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırsa da, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.