SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6714_bu-gun-49-yasli-v-t-n-muharib-si-q-hr-maninin-s-ha

CƏMİYYƏT

Hamısı

Bu gün 49 yaşlı Vətən müharibəsi qəhrəmanının şəhadətindən bir il keçir

(2 Yil, 6 Ay öncə) 625 İzlenme 0 Yorum
Bu gün 49 yaşlı Vətən müharibəsi qəhrəmanının şəhadətindən bir il keçir

Bu gün Vətən müharibəsi şəhidi tibb xidməti baş leytenantı Azər Şəmilovun şəhadətindən bir il keçir.

Oxu.Az xəbər verir ki, 49 yaşında şəhidlik zirvəsinə ucalan Şəmilov Azər Elyas oğlu 1971-ci ildə Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1978-ci ildə Tərtər rayon Soyulan kəndindəki orta məktəbin birinci sinfinə daxil olub. Həmin məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirdikdən sonra Bakı şəhəri “Kimya-Biologiya Təmayyüllü” məktəbə daxil olub və oranı əla qiymətlərlə bitirib.

 

Həmin məktəbi bitirdikdən sonra Qazaxıstanda hərbi qulluqda olub. Vətənə qayıtdıqdan sonra 90-cı illərin Qarabağ müharibəsində könüllü olaraq ön cəbhədə vuruşub. Döyüşlərdə cəsarətlə iştirak etdikdən sonra imtahan verərək Azərbaycan Tibb Universitetinə daxil olub və oranı bitirdikdən sonra Naxçıvan şəhərinə hərbi qulluğa çağırılıb. Orada hərbi həkim işləyib və baş leytenant rütbəsini alıb.

 

Qəhrəmanımız hərbi qulluğu başa vurduqdan sonra Tərtər şəhərinə qayıdır və Soyulan tibb məntəqəsində baş həkim vəzifəsində çalışıb. 16 il ANAMA-da baş həkim vəzifəsində çalışıb.

21 sentyabr 2020-ci ildə səfərbərlik ilə təlimə çağırılıb, sentyabrının 27-dən müharibənin çətin, gərgin vaxtlarında qəhrəmanlıqla iştirak edib, o ön cəbhədə olan yüzlərlə yaralanmış əsgərlərimizə yardım göstərib onları yenidən həyata qaytarıb. Oktyabrın 14-ü Talış istiqamətində gedən ağır döyüşlərdə, düşmən gülləsinə tuş gələrək şəhid olub.

 

Şəhidimizin vətənə əmanət iki övladı yadigar qalıb. Oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinin 1-ci kurs tələbəsi, qızı isə 10-cu sinif şagirdidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azər Şəmilov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması” və “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Könül Cəfərli


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı