SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/636_milli-m-nsubiyy-t-dil-uzadanlar-c-zalandirilmalidi

SON XƏBƏR

Hamısı

Milli mənsubiyyətə dil uzadanlar cəzalandırılmalıdır - ÜMİD TV

(3 Yil, 11 Ay öncə) 909 İzlenme 0 Yorum
Milli mənsubiyyətə dil uzadanlar cəzalandırılmalıdır

ÜMİDTV.com:      Son günlər ölkə gündəmində şou reallaşdırmağa can atan bir neçə müxalif yönlü media mənsubları Lerik rayonunu Milli Məclisdə təmsil edən deputat İqbal Məmmədovu hədəf seçməklə, sonda ölkədə etnik Talış mənsubiyyətinə də dil uzatmağa cəhd göstərdilər. Canlı yayımlarında Talış dilində milli adətləri, milli tarixi dəyərləri işıqlandıran dodoqezeti.az saytının adını pərdəarxası müzakirəyə çıxararaq rəy yazanların bu ada mənfi münasibət formalaşdırmasına şərait yaratdılar. Hətta etnik mənsubiyyətin millikultural dəyərlərini yaşadan bir sayta separatçı adını qomaqdan belə çəkinmədilər.  Nə yazıq ki, həmin canlı yayımı izləyən  milli mənsubiyyətcə Talış olan insanlarda, aparıcının anti milli fikirlərinə və rəy bölümündə aşağılayıcı hərəkətlərinə dəstək verdilər. 

Qeyd edək ki, sosial şəbəkədə bu tip məqsədlərə xidmət edən bir çox fecebook istifadəçiləri var idi ki, əks təpki görəndən sonra sosial şəbəkəni tərk etmək məcburiyyətində qaldılar.  Yenidən sosial mediada baş qaldıran bu xoşagəlməz anti milli hərəkətlər ölkədə milli ədavəti qızışdırmaqdan başqa bir şeyə xidmət elıəmir. 

Hesab edirik ki, Azərbaycanda milli ədavəti qızışdıran qruplaşmalara qarşı lazımi qanuna müvafiz tədbirlərin görülməsi zəruridir. 

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası Konstitusiyasının Milli Mənsubiyyəti tənzimləyən bir neçə normasını bu yazımızda qeyd edək. 

Bərabərlik hüququnu tənzimləyən Konstitusiyanın 25-ci maddəsinin  III hissəsndə qeyd olunur ki, Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Milli Mənsubiyyəti tənzimləyən Konstitusiyanın 44-cü maddəsinin 1-ci hissəsində  göstərilir ki, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.

Ali Qanunvericiliyin normalarının hüquqi mənasından da görünür ki, heç kimin ölkədə yaşayan etniklərin milli mənsubiyyətinə dil uzatmağa, onun dilinə, dininə və digər dəyərlərinə hörmətsizlik etməyə ixtiyarı yoxdur, əks halda bu hərəkətlər Qanunla məsuliyyət yaradır. 

Əlbətdə sağlam mediada hər hansı bir şəxsin fəaliyyətinə və hər hansı bir məsələyə tənqidi münasibət bildirilə bilər. Lakin bu münasibətlər təhqir, iftira və şantajla əhatə oluna bilməz.  Respublikmızda senzura qadağandır və azad media hüququ Konstitusiyamızda təsbit olunub. Azad media hüququ, heç bir media mənsubuna bu hüquqlardan sui istifadə etməyə əsas verə bilməz. 

Bununla bağlı da Milli Konstitusiyamızın 24-cü maddəsinin 3-cü hissəsində qeyd olunur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir

Onu da qeyd edək ki, azad media adından çıxış edən sözügedən qruplaşama heç də düşünməsin ki, bu yazılarımızla onların üzərinə gedirik. Ölkədə məqbul bir media fəaliyyəti göstərən hər bir media mənsubunun düzgün və obyektiv strategiyasını həmişə təqdir etmişik. Lakin hansısa bir millətin milli mənsubiyyətinə dil uzadan medianın fəaliyyəti təqdir oluna bilməz. 

Düşünürük ki, bu anti milli hərəkətlərə yol verən media mənsubları və onlara bu xoşagəlməz hərəkətlərdə dəstək verib eyni  aşağlayıcı hərəkətə yol verən izləyiciləri, Lerik sakinlərindən və Talış millətindən üzr istəməlidirlər. 

Hər birmiz bir idiologiyaya- Azərbnaycançılıq idiologiyasına xidmət edirik. Xalq olaraq Azərbaycanlıyıq və bununla hər birimiz fəxr edirik.  Eyni zamanda Konstitusiyamizin tanıdığı hüquqlara dayanaraq milli mənsubiyyətinə görə Azərbaycanda çoxsaylı xalqlar yaşayır ki, hər bir Azərbaycanlının bu xalqların milli dəyərlərinə hörmətlə yanaşması məcburidir.  

Aidiyyatı dövlət qurumlarının sosial şəbəkədə məhz bu tipli fəaliyyətlərlə məşğul olan media mənsublarına qarşı ciddi tədbir görməsini zəruri hesab edirik. Heç kimin media fəaliyyətinə müdaxilə etmək səlahiyyətmiz yoxdur.  Bir media mənsubu olaraq ölkə mediasında bu xoşagəlməz vəziyyəti yaradanların hərəkətlərinə qəti etirazımızı bildiririk. 

Biz qərəzsiz və obyektiv medianın yanındayıq !

Son olaraq xeber24.az saytında istedadlı gənc Elcan Məmiyevin "Dırnağarası media Lerikliləri məkrli siyasətinə alət etmək istəyir" məqaləsində ifadə etdiyi fikirləri təqdir edirik, bu etiraz tipli məqaləyə görə ona təşəkkürümüzü bildiririk. 

Ümid Tv Azərbaycan

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı