SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/594_bir-mill-t-v-kili-kimi-v-zif-miz-secicil-rin-probl

SON XƏBƏR

Hamısı

Bir millət vəkili kimi vəzifəmiz seçicilərin problemləri ilə maraqlanmaq, istəklərini dilə gətirməkdir-İQBAL MƏMMƏDOV

(3 Yil, 11 Ay öncə) 1,26 B İzlenme 0 Yorum
"Bir millət vəkili kimi bizim əsas vəzifələrimizdən biri sözsüz ki, seçicilərimizin problemləri ilə maraqlanmaq, onları narahat edən məqamları, eyni zamanda arzu və istəklərini dilə gətirməkdən ibarətdir".

ÜMİDTV.com:       Bu gün Milli Məclisdə keçirilən növbədənkənar sessiyada çıxış edən deputat İqbal Məmmədov bildirib  ki, "o, yüksək tribunadan  seçicilərin ona ünvanladıqları problemlərlə əlaqədar müraciətlərini səsləndirmək istəyir:

Deputat çıxışında qeyd edib ki, "seçicilərin haqlı narazılıqları haqqında dəfələrlə müvafiq orqanlara rəsmi müraciətimə baxmayaraq çox təəsüf ki, bu günə kimi bu problemlər həllini tapmayıb. Bildiyiniz kimi təmsil etdiyim Lerik rayonu ölkəmizin dağlıq relyefinə malik rayonlarından biridir. Rayonumuzun ən böyük problemlərindən biri yol problemidir. Yol, hər bir rayonun inkişafı və mədəniyyətin güzgüsüdür. Təəssüf hissi ilə qeyd edim ki, 17 yaşayış məntəqəsini birləşdirən 9 min nəfərdən yuxarı əhali yaşayan Əliabat-Kiravüd-Vamazqon avtomobil yolunun, 14 yaşayış məntəqəsini birləşdirən 10 min nəfərdən çox əhalinin yaşadığı Piran-Küçəkəran-Veri avtomobil yolunun, 9 yaşayış məntəqəsini birləşdirən 8 min nəfər əhalinin yaşadığı Lerik-Mastail-Livədirgə-Laman avtomobil yolunun tamamilə yararsız vəziyyətdə olması ölkəmizin qət etdiyi inkişaf yoluna yaraşmayacaq səviyyədədir. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, 2 qonşu rayon olan Lerik və Yardımlı rayonları arasında tarixən abad yol olmayıb. Aralarında 25-30 km yol olmasına baxmayaraq bir körpü və 4 km bərbad yol olması ucbatından əhali 180 km Lerik-Lənkəran-Masallı-Yardımlı dairəvi yolunu qət edirlər.Digər bir problem Lerik əhalisinin fasiləsiz elektrik enerjisi ilə təminatıdır. Lerik rayonunun ərazisində çəkilmiş elektrik xəttləri əsasən ötən əsrin 60-cı illərinə təsadüf edir. Odur ki, o zamanlar çəkilmiş elektrik xəttləri və ağac dirəkləri istismar müddətini başa vurmuş, yararsız vəziyyətə düşüb.

Bunları nəzərə alaraq kəndlərdə 10 və 0.4 Kva-lıq elektrik hava xəttlərinin əsaslı təmiri və sipkabelləşdirilməsi əhalinin elektrik enerjisinə olan tələbatını təmin edərdi. Bununla əlaqədar da etdiyim müraciətlərə baxmayaraq aidiyyatı qurumlar tərəfindən müsbət addım atılmayıb.
Bizim əsas iş prinsipimiz birinci növbədə xalqımızın qayğı və probleminin həlllini təşkil etməkdir. Seçicilərimizin inam və etibarını itirməmək, onların bizə olan ümidini doğrultmaq bizim üçün əsas prioritetdir. Lakin vətəndaşlarımızı narahat edən bu tip problemlərin zamanında həll olunmaması bizə olan etimadın zədələnməsi ilə nəticələnməkdədir.

Buradan aidiyyəti təşkilatlara səslənib bu işlərin həyata keçirilməsindən ötrü növbəti illərin dövlət investisiya proqramlarına daxil edilməsi və icrasından ötrü maliyyə vəsaitinin ayrılmasını xahiş edirəm".

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı