SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5826_ilham-liyev-v-mehriban-liyeva-alimin-v-fati-il-laq

SON XƏBƏR

Hamısı

İlham Əliyev və Mehriban Əliyeva alimin vəfatı ilə əlaqədar nekroloq imzaladılar

(2 Yil, 11 Ay öncə) 4,97 B İzlenme 0 Yorum
İlham Əliyev və Mehriban Əliyeva alimin vəfatı ilə əlaqədar nekroloq imzaladılar

ÜMİDTV:     Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Fizika sahəsində tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Qacar 2021-ci il iyunun 12-də ömrünün 93-cü ilində vəfat edib.

Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1947–1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda texniki fizika ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1953-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasında, Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya rəhbəri olub. O, 1973–2002-ci illərdə Fotoelektronika İnstitutunda şöbə müdiri, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, 2013-cü ildən ömrünün sonunadək isə eyni zamanda İnformasiya sektorunun rəhbəri işləyib. Çingiz Qacar 2009–2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb.

Çingiz Qacar 1963-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini alıb. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Akademik Çingiz Qacar molekulyar spektroskopiya və tətbiqi fizika üzrə nəzəri və təcrübi əhəmiyyətli tədqiqatları ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr verib. Alim 50-dən artıq patent və müəlliflik şəhadətnaməsinin, ölkəmizdə və onun hüdudlarından kənarda nüfuzlu nəşrlərdə işıq üzü görmüş 250-dən çox elmi əsərin, o cümlədən bir çox dəyərli monoqrafiyaların müəllifidir. Çingiz Qacarın uzun illər ərzində apardığı fundamental elmi araşdırmaların nəticələrindən lazer fizikası, atmosferin lokal və məsafədən zondlanması, ulduzlararası fəzada molekulların axtarılması, eləcə də bir sıra digər sahələrdə uğurla istifadə edilib. Alimin rəhbərliyi altında işlənib hazırlanan yeni fiziki metodlar, qurğu və cihazlar Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində geniş tətbiq olunub.

Çingiz Qacar Azərbaycanda yüksəkixtisaslı elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun rəhbərliyi ilə fizika üzrə 30-dək fəlsəfə və elmlər doktorları hazırlanıb. Çingiz Qacar həm də Azərbaycan mədəniyyəti, incəsənəti və tarixinə dair əsərlərin müəllifi kimi tanınırdı.

Akademik Çingiz Qacarın səmərəli elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb, 1990-cı ildə “Əməkdar elm xadimi” fəxri adını alıb, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Görkəmli alim, elm təşkilatçısı və nəcib insan Çingiz Oveys oğlu Qacarın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Ramiz Mehdiyev

Arif Paşayev

Arif Həşimov

Rasim Əliquliyev

Eldar Salayev

Təyyar Cəfərov

Nazim Məmmədov


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı