SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3647_musahib-allah-obrazini-canlandirmaq-ist-dim-h-zr-t

SON XƏBƏR

Hamısı

Müsahibə: Allah obrazını canlandırmaq istədim - Həzrəti Yusifi canlandıran aktyordan SENSASSİYA

(2 Yil, 2 Ay öncə) 9,12 B İzlenme 1 Yorum
Allah obrazını canlandırmaq istədim - Həzrəti Yusifi canlandıran aktyordan SENSASSİYA

Bu günki müsahibimiz "Həzrəti Yusif" serialı ilə bütün Türk dünyasının, müsəlman dünyasının rəğbətini qazanan aktyor Mustafa Zamanidir. Mustafa Zamanidən aldığımız müsahibəni Ümid Tv olaraq sizlərə təqdim edirik!

 

- Salam, öncədən Ümid Tv-ni tanıyırdınızmı?

-Salam, xeyr. Ümumiyyətlə Azərbaycandan heç bir telekanalı tanımıram. 

- Anladıq, zəhmət olmasa özünüz haqqında məlumat verərdiniz. 

- Mən Mustafa Zamani, 38 yaşım var. Şimali İranda doğulmuşam. Ailədə 4 övladıq. 

- "Həzrəti Yusif" filminə qədər Mustafa Zamani kim idi?

- Texnoloji menecer idim. 16 ildir, aktyor kimi fəaliyyət göstərirəm.

- Necə oldu ki, aktyor oldunuz?

- "Həzrəti Yusif" filminin aktyor seçiminə şəklim təqdim olundu. Filmin rejissoru Fərəcullah Sələhşur məni seçdi.

- Əvvəldən də aktyor olmaq arzunuz vardı?

- Bəli, aktyor olmağa çox böyük həvəsim vardı. Allah elə gətirdi ki, "Həzrəti Yusif" rolu mənə nəsib oldu. 

- Bu obrazı canlandırdıqdan sonra Sizdə hansısa dəyişikliklər oldumu?

- Təbii ki, yaxşılığa doğru çox dəyişikliklər oldu. Film 3 il müddətinə çəkildi. Təbiətən mənəvi təsir qoydu məndə. Elə bir insanı canlandırmaq böyük məsuliyyətdir. Çəkildiyim hər anın öz hissi var.

- Başqa hansı peyğəmbərin obrazını canlandırmaq istəyərdiniz?

- "Həzrəti Yusif"-dən sonra Rəsulallahı canlandırmaq istərdim, amma bəşər onu təsvir edəcək gücdə deyil.

- Arzusunda olduğunuz başqa rol varmı?

- Salman Farsi və İran hökmdarı II Kiri canlandırmaq arzusundayam. Təbii ki, mükəmməl və dəqiq ssenari olsa canlandıracağam. 

- "Həzrəti Yusif" serialına görə saçlarınızı uzatdığınızı eşitdik. Bu iddia doğrudurmu?

- Bəli, saçlarımı 8 aya uzatdım. Nəinki saçlarım, saqqal da özümündür.


"Hollivudla aramızda məsafələr çoxdur. 

- Doğrudur film 10 ildən çoxdur ki, çəkilib. Amma indi də dini aylarda film ölkəmizin TV kanallarında yayımlandırılır. Sizcə buna səbəb nədir?

- Əsasən Hollivud filmləri belə olur. Gündəmdə qalmaq cəhətdən. Ancaq bu filmin də ssenarisi maraqlı yazıldığı üçün bütün müsəlman ölkələrində gündəmdədir. 

- Filmdə sizin üçün ən yadda qalan səhnə hansı oldu?

- Yusifin neçə illərdən sonra atasını gördüyü səhnə. Arzulara çatmaq çox gözəldir. Uzun imtahandan sonra isə bu, daha da şirinləşir.

- İstənilən aktyor Hollivud səviyyəsinə qalxıb, "Oskar" almaq arzusunda olur. Yəqin sizin də belə bir istəyiniz var...

- Təbii, bu danılmazdır. Hər aktyor kimi, mən də Hollivuda düşmək istəyirəm. Amma bizim Hollivudla aramızda çox məsafə var.

- Hansı aktyoru bəyənirsiniz?

- Dom De Luis və Leonardo di Kaprionu.

- Ailə qurmağı düşünmürsünüz?

- Kor-koranə ailə qurmaq istəmirəm. Gərək ailə qurmaq üçün sevgi olsun, sonra.


"Bizim işimizdə sevmək çətindir"


- 38 yaşınız var, nə əcəb bu vaxta qədər sevməmisiniz?

- Bizim işimizdə sevmək çətindir.

- Eşitdiyimizə görə ümumiyyətlə, İranda evlənmək çox çətindir. Çünki mehriyyə, (bizlərdə buna başlıq parası deyirlər) çox tələb olunur. Bəlkə mehriyyəni toplaya bilməmisiniz?

- (gülür) Xeyr, mən aktyoram, mənə hörmət edərlər yəqin. Niyə məni evləndirmək istəyirsiniz, hələ cavanam, evlənmək üçün tezdir, 10 il vaxtım var hələ.

- Aktyorluqdan qazandığınız məvacib sizi qane edir?

- Bəli. Normaldır.

- 16 il əvvəl Mustafa Zamanini heç kəs tanımırdı. Ancaq indi sizi bütün türk dünyası, müsəlman ölkələri tanıyır. Ulduzluq xəstəliyinə tutulmamısınız?

- Təbii ki, şöhrətin fəsadları var. Az da olsa ulduzluq xəstəliyim var. Ancaq düşünürəm ki, məşhur insanda bir az təkəbbür olmalıdır. Çox sadə olanda bəzi insanlar bundan sui-istifadə etməyə çalışır. Ümumiyyətlə, pis adamlardan uzaq gəzməyə çalışıram.

- Sizin üçün pis adamlar kimdir?

- Mənim nəzərimdə pis adam odur ki, qəlbində Allaha, insanlara, işə eşqi olmaya. Tanrıya etiqadı olmayan, imansız adamlar pis adamlardır.

- Hazırda hansı filmə çəkilirsiniz?

- Bu çəkildiyim filmdə mən oğru oğlan obrazını canlandırıram. Hazırda sizinlə həmin obrazın geyimində, qrimində söhbət edirəm. Ssenariyə görə filmdəki bir qıza görə oğurluq eləmək məcburuyyətində qalıram. Oğurluq etsəm də pis adam deyiləm filmdə.

- Bəs həyatda qıza görə oğurluq edərsiniz?

- Xeyr, heç vaxt.

- Azərbaycanda sizi çox sevirlər, hətta sizə "Həzrəti Yusif" deyirlər. Azərbaycana gəlməyi düşünürsünüz?

- Azərbaycan səfirliyindən bir neçə dəfə dəvət almışam. Ancaq işlərimin yoğunluğundan Tehrandan çıxmaq imkanım yoxdur. Gəlməyi düşünürəm. Hazırda iki filmə çəkilirəm, onlardan sonra qismət olsa, gələcəyəm. Azərbaycana gələndə eyni zamanda hansısa bir iş də görmək istəyirəm.

"Alim Qasımov gözəl xanəndədir"


- Bayaq söylədiniz ki, Ümid Tv haqda məlumatınız yoxdur. Yaxşı, bəs Azərbaycan filmlərini, aktyorlarını tanıyırsınız?

- Xeyr, tanımıram.

- Bayaq "saytımıza" baxanda Alim Qasımovun şəklini görüb onu tanıdığınızı söylədiniz...

- Şəxsən tanımıram, ancaq bilirəm ki, Alim Qasımov gözəl xanəndədir.

- Qarabağ haqqında eşitmisiniz?

- Xeyr.

- Maraqlıdır, 30 milyona yaxın azərbaycanlının yaşadığı bir ölkədə, əhali arasında ikinci danışıq dili sayılan Azərbaycan dilini hələ öyrənə bilməmisiniz?

- Xeyr, heç vaxt istifadə etməmişəm. Amma düz deyirsiniz, iradınız haqlıdır, bu günə qədər bilməli idim. Öyrənməyə çalışacağam.

- Mustafa Zamaninin Azərbaycana nə sözü var? Oxucularımız üçün də çox maraqlıdır. 

- Azərbaycanlılar çox mehriban olurlar, internetdə də onlardan xüsusi ehtiram, sevgi ilə qarşılaşıram. Sizlərin yanında insan özünü qərib hiss etməz. Bütün azərbaycanlılara salamlarımı çatdırın. Mən onları çox istəyirəm. Azərbaycanda filmə çəkilmək arzusu və ümidi ilə Allaha əmanət olun!

 

Elcan Məmiyev / Ümid Tv


Şərh Yaz

ŞƏRHLƏR

Rəbman Cəbiyev - 19.01.2021 00:14:41
Super
11 Bəyənmədim
9 Bəyəndim

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı