SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5817_xin-r-smisi-az-rbaycan-avropa-m-hk-m-sinin-11-erm-

SON XƏBƏR

Hamısı

XİN rəsmisi: “Azərbaycan Avropa Məhkəməsinin 11 erməni diversantla bağlı qərarını alqışlayır”

(2 Yil, 11 Ay öncə) 1,16 B İzlenme 0 Yorum
XİN rəsmisi: “Azərbaycan Avropa Məhkəməsinin 11 erməni diversantla bağlı qərarını alqışlayır”

“Azərbaycan hökuməti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Məhkəmə Reqlamentinin 39-cu Qaydasına istinad edilərək saxlanılan şəxslərin sərbəst buraxılması üçün iki dəfə cəhd göstərilib, hər ikisi rədd edilib:

“Ermənistanın müraciəti Azərbaycanın beynəlxalq qanunlarla təsbit olunmuş, ölkənin daxili qanunvericiliyini və beynəlxalq hüququ pozan, habelə ağır hərbi cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin cinayət təqibinə dair hüquq və öhdəliklərini göz ardına alır. İHAM-ın qərarı məhz bu hüququ vurğulayır”.

L.Abdullayevla deyib ki, Ermənistanın saxlanılan şəxslərin dərhal sərbəst buraxılması ilə bağlı müraciəti Azərbaycan hökumətinin qanunun aliliyini hörmətsizlik çağırışına bərabərdir: “Biz sözügedən prinsiplərə sadiq qalırıq və İHAM-in da qəbul etdiyi kimi cinayət təqibi başa çatana qədər bu şəxslər həbsdə saxlanılacaq”.

“Bildiyiniz kimi, Ermənistanın dərhal sərbəst buraxılmasını tələb etdiyi şəxslərdən ikisi - Lüdviq Mkrtçyan və Alyoşa Xosrovyan Azərbaycan vətəndaşlarına işgəncə verməkdə təqsirləndirilərək hazırda məhkəmə istintaqına cəlb olunublar. Azərbaycan öz hüquq və öhdəliklərinə uyğun olaraq beynəlxalq və daxili hüququn müəyyən olunmuş prinsiplərinə riayət etməyə və bu təqibi başa çatdırmağa sadiqdir.

Onu da qeyd etmək istərdik ki, Azərbaycan bu şəxslərin vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Beynəlxalq Qırmızı Xaç Komitəsi, habelə İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) həbs olunmuş şəxslərlə görüşləri təşkil edilib və mayın 27-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılan 6 hərbçi də daxil olmaqla sözügedən həbsdə olan şəxslərin səhhəti barədə tibbi sənədlər təqdim edilib”, - XİN sözçüsü vurğulayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı