SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5680_a-xramcixin-baki-ir-vani-hec-bir-s-kild-t-hdid-etm

SON XƏBƏR

Hamısı

A.Xramçixin: “Bakı İrəvanı heç bir şəkildə təhdid etmir” - MÜSAHİBƏ

(2 Yil, 0 Ay öncə) 2,39 B İzlenme 0 Yorum
A.Xramçixin: “Bakı İrəvanı heç bir şəkildə təhdid etmir” - MÜSAHİBƏ

Maksimum “stavka” etmək və bundan sonra nə çıxacağını gözləmək təbii davranışdır.

Bu barədə Rusiyanın aparıcı hərbi mütəxəssislərindən biri, Rusiya Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçıxin Azərbaycan və Ermənistan sərhəddində baş verənlərlə bağlı İrəvanın KTMT-yə müraciətini Caliber.Az-a şərh edərkən bildirib.

O, nəzəri cəhətdən olsa belə bu cür “sərhəd münaqişəsi”nin ancaq həqiqi miqyaslı bir qarşıdurma olduğu təqdirdə və KTMT üzvlərindən birinə açıq təcavüz olduğu yerlərdə təşkilatın kollektiv təhlükəsizlik sisteminin işə düşə biləcəyini deyib.

“İndiki halda belə bir şey yoxdur”, - deyə o, əlavə edib.

- Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov həmkarı Tacikistanın XİN rəhbəri Sirociddin Muhriddin ilə danışıqların ardından Rusiyanın KTMT çərçivəsində, Bakı və İrəvana sərhəddəki vəziyyətin həllində köməklik göstərməyi təklif etdiyini, delimitasiya və demarkasiya üzrə Ermənistan-Azərbaycan komissiyası yaratmaq təşəbbüsü ilə çıxış etdiyini deyib. Buna cavab olaraq İrəvanda bildirildi ki, sərhədlərin delimitasiya və demarkasiya proseslərini yalnız Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etdikdən sonra müzakirə edəcək. Azərbaycan sakitliyini qətiyyətlə qoruyur, amma İrəvan ora-bura vurnuxur və Moskvadan onlara deyilənlərə zidd bəyanatlar verməyə davam edir. Bəlkə də bu, yaxınlaşan seçkilərlə əlaqədardır?

- Mənə Ermənistan üçün hansı daxili motivlərin olduğu barədə danışmaq çətindi. Amma əlbəttə ki, seçkidən əvvəl xarici qarşıdurma məsələsi olduqda mövqelər həmişə sərtləşdirilir.

Ancaq Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyənləşdirilməsi məsələsinin həllinin zəruriliyi tamamilə aydındır. Əslində buna qədər sərhəd mövcud deyildi, indi isə olmalıdır.

- Ermənistan Müdafiə Nazirliyi sərhəddəki vəziyyəti güc üsulu həll etmək hüququnu özündə saxladığını açıqlayıb. Yeni müharibə mümkündürmü? Ermənistan kəskinləşməyə gedəcəkmi?

- Bu çətin sualdır, heç nəyi istisna etməzdim. İrəvan ən azı hansısa revanş istəyir. Amma Ermənistan indi döyüşməyə psixoloji cəhətdən nə dərəcədə hazırdır? Düşünürəm ki, Ermənistan tərəfi müharibədə maraqlı olmayan Rusiyanın fikrini dinləyəcək.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı