Nazirlər Kabineti yanında operativ qərargahın növbəti brifinqi keçirilib.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, brifinqdə Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini Teymur Musayev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva iştirak ediblər.