SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5468_aslan-huseynovun-olduyu-d-hs-tli-q-za-yalniz-morqa

SON XƏBƏR

Hamısı

Aslan Hüseynovun öldüyü dəhşətli qəza: Yalnız morqa gətirildikdən sonra...

(2 Yil, 0 Ay öncə) 533 İzlenme 0 Yorum
Aslan Hüseynovun öldüyü dəhşətli qəza: Yalnız morqa gətirildikdən sonra...

ÜMİDTV:     Ötən gün sübh saatlarında Bakı şəhər Qaradağ rayonunda tanınmış müğənni Aslan Hüseynovun ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın məlumatına görə, magistralın 60-cı kilometrliyində - Ələt qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü A.Hüseynovun sürdüyü BMW markalı avtomobilin qarşıda hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılarkən saatda təxminən 90 kilometr sürətlə hərəkət etməsi müəyyən edilib.

Belə ki, sübh saatları insanların yuxuya ən çox ehtiyac duyduğu vaxt hesab edilir. Həmçinin sürət həddinin yüksək olmamasına baxmayaraq, müğənninin baş nahiyəsindən ağır zərbələr alması onun təhlükəsizlik kəmərini taxmaması versiyasını gücləndirir.

O da məlum olub ki, hadisədən dərhal sonra yaxınlıqdakı şəxslərin köməkliyi ilə A.Hüseynovun cansız bədəni maşından çıxarılıb. Lakin oradakı insanların heç biri ölən şəxsin tanınmış müğənni olduğunu bilməyib. Baş nahiyəsi qan olduğundan A.Hüseynovun üz nahiyəsi tanınmaz vəziyyətə düşüb. Yalnız morqa gətirilib yuyulduqdan sonra oranın əməkdaşları vəfat edən şəxsin müğənni Aslan Hüseynova oxşadığını bildiriblər. Bundan sonra onun ailə üzvləri xəstəxanaya dəvət edilib və tanınma prosesi keçirilib.

Qeyd edək ki, faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Onu da qeyd edək ki, bu ilin 17 may tarixində A.Hüseynovun 54 yaşı tamam olacaqdı. Ötən ay isə onun anası vəfat edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı