SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5400_roya-anardan-n-ucun-ayrildig-ini-etiraf-etdi-video

MAQAZİN

Hamısı

Röya Anardan nə üçün ayrıldığını ETİRAF ETDİ-VİDEO

(2 Yil, 0 Ay öncə) 1,12 B İzlenme 0 Yorum
Röya Anardan nə üçün ayrıldığını ETİRAF ETDİ-VİDEO

ÜMİDTV:     “Anarla bir-birimizi həqiqətən sevib evlənmişik. Bu evliliyə görə çox qurban vermişəm. Çünki biz evləndikdən sonra bir çox problemlər ortaya çıxdı. 6 ay sonra onun ailəsi məni qəbul etdi”.

Bu sözləri Xalq artisti Röya Ayxan məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. Sualları cavablandıran sənətçi, keçmiş həyat yoldaşı Anar Cəlilovdan problemlər səbəbindən ayrıldığını etiraf edib:

“Ayrılanda ən çox qorxduğum bir halı yaşadım. Mənim çoxlu faizlərim var idi. Təsəvvür edin, elə bil 500 min götürürsən və hər ay 50 min faiz ödəyirsən, borclar azalımır. Atamın evinə qədər satdım. 7 il əvvəl isə hər şeyə sıfırdan başladım. 2015-ci ildə də konsert verdim. O pula torpaq aldım. Hər şeyi övladım üçün edirəm.
Mən o qadınam ki, 15 ildə nə yığmışdımsa, hamsını bir gündə itirdim. Onları son 6-7 ildir yerinə qaytarıram. Anarın ilk evliliyindən oğlu var. Biz  tanış olanda artıq o, 9-11 ay əvvəl arvadından ayrılmışdı. Hər kəs dedi ki, mən onunla evli ola-ola görüşmüşğm. Bu əsla belə deyil. Anarla başqa şeyin üstündə ayrıldıq. Problemlərimiz həqiqətən çox oldu. Axırda dözə bilmədim. Ona xoşbəxtlik arzu edirəm. İnşalla bu qızla xoşbəxt olar”.

Röya qayınanası ilə Anarı ilk xanımından ayırmaq üçün müqavilə imzaladığı xəbərlərinə münasibət bildirib:

“Dünyanın ən gözəl qayınanası onun anası, Nazilə xanımdır. Ayrılanda utandım ki, nece deyim ona? Onların ailəsi çox sadədir. Xoşbəxtəm ki, o ailədən uşaq dünyaya gətirmişəm”.

Sənətçi keçmiş həyat yoldaşı Anardan illər əvvəl ayrılsa da onu hələ də çox sevdiyini deyib:

“Anarı çox sevmişəm. Bəlkə bu gün də sevirəm. Bir müddət əvvəl oğlumla şəkil çəkdirmişdi. Gördüm onun saçları çox ağarıb. Nə qədər ağlamışam. Çünki insan istəmir sevdiyi yaşlansın, saçları ağarsın. Adam ancaq sevdiyi zaman bütün hər şeydən keçir.  Ayrılanda isə nifrət etmək lazım deyil”.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı