SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5358_ukraynanin-infrastruktur-naziri-g-nc-y-s-f-r-edib-

SİYASƏT

Hamısı

Ukraynanın infrastruktur naziri Gəncəyə səfər edib - YENİLƏNİB

(2 Yil, 0 Ay öncə) 1,45 B İzlenme 0 Yorum
Ukraynanın infrastruktur naziri Gəncəyə səfər edib - YENİLƏNİB

ÜMİDTV:       Ukraynanın infrastruktur naziri Vladislav Kriklinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.

Səfər çərçivəsində xarici qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüşdə Gəncə-Odessa hava reysinin açılması, təhsil, ticarət və aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Niyazi Bayramov qonaqları salamlayaraq onları Gəncədə görməkdən məmnun olduğunu bildirib. Vladislav Krikliyə Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verən şəhər rəhbəri bildirib ki, burada müxtəlif təyinatlı ali təhsil və iri sənaye müəssisələri fəaliyyət göstərirlər. Azərbaycanla Ukraynanın dost ölkə olduğunu qeyd edən Niyazi Bayramov Gəncə ilə mövcud əlaqələrin daha da genişləndirlməsinin hər iki tərəf üçün geniş imkanlar yaradacağını deyib.

Ukraynalı nazir öz növbəsində görüş iştirakçılarını Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib və Ukraynanın daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Daha sonra ölkələrimiz arasında mövcud olan və qurula biləcək əməkdaşlıq əlaqələrindən söz açan nazir Gəncə ilə Odessa arasında aviareysin açılmasının vacibliyini vurğulayaraq bu istiqamətdə iş aparıldığını bildirib. Söhbət zamanı qeyd olunub ki, Gəncə ilə Ukrayna arasında artıq ticari əməkdaşlıq əlaqələrinin qurulmasına başlanılıb.

Gəncə Şəhər İcra Hakimiyyətində baş tutan görüşdən sonra Vladislav Kriklinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində olub. Ali təhsil müəssisəsi ilə tanışlıqdan sonra onlayn formatda ADAU ilə Odessa Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Daha sonra Gəncədə Ukrayna məhsullarının satışı mağazasının açılışı olub.

Ukraynalı diplomat Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan çoxmənzilli yaşayış binasının yerləşdiyi ərazini ziyarət edib. Niyazi Bayramov bildirib ki, Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində bir neçə dəfə raket atəşlərinə məruz qalıb. Onlardan ən dəhşətlisi 11 və 17 oktyabr taxirlərində yaşanıb. Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Ermənistanın Gəncədə törətdiyi hərbi cinayətlər nəticəsində ümumilikdə 26 mülki şəxs həlak olub, 125-dən çox dinc sakin yaralanıb.

Qonaqlar erməni terroru nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq əraziyə güllər düzüblər.

Vladislav Krikli gün ərzində bir sıra iri sənaye müəssisələrinə də baş çəkərək onların fəaliyyəti ilə yaxından tanış olub.

15:07

Ukraynanın infrastruktur naziri Vladislav Kriklinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə gəlib.

Səfər Ermənistanın müharibə zamanı Gəncədə törətdiyi cinayətlərlə yaxından tanış olmaq məqsədi daşıyır.

Qonaqlar ilk olaraq oktyabrın 11-də şəhərdə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağıdılmış əraziyə gül dəstələri düzüblər.

Qeyd olunub ki, ermənilər Gəncədə əhalinin sıx yaşadığı müxtəlif əraziləri “Toçka-U”, “Smerç”, “Scud” və digər raketlərlə gecə saatlarında atəşə tutublar. Bu hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı