SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5225_erm-nistan-prezidenti-siyasi-bohran-seckil-rd-n-so

DÜNYA

Hamısı

Ermənistan prezidenti: Siyasi böhran seçkilərdən sonra da davam edə bilər

(2 Yil, 2 Ay öncə) 1,15 B İzlenme 0 Yorum
Ermənistan prezidenti: Siyasi böhran seçkilərdən sonra da davam edə bilər

ÜMİDTV:    Əgər seçkilər indiki konstitusiya şərtləri ilə keçirilsə, növbədənkənar parlament seçkilərindən sonra Ermənistanda daxili siyasi böhranın davam edəcəyini istisna etmək olmaz.

“Bunu Ermənistan prezidenti Armen Sarkisyan yerli "Aravot.am" portalına müsahibəsində deyib.

"Əgər biz konstitusiyamızın islahata ehtiyacı olduğunu düşünürüksə, siyasi qüvvələrin seçkilərdən sonra bir-birini yenidən ittiham etməməsini istəyiriksə, onda mən irəli sürdüyüm təklifimin üzərində işləməyimizdə inad edəcəm”, - o vurğulayıb.

"Əks təqdirdə seçkilərdən sonra təəssüf ki, siyasi böhrana yenidən gətirib çıxara bilən müxtəlif qərarlar mümkündür", - Sarkisyan əlavə edib.

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları 2020-ci ilin 10 noyabrından – Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin Qarabağda atəşin dayandırılması, rəsmi Yerevanın kapitulyasiyası haqqında üçtərəfli bəyanatın imzalanmasından sonra keçirilir.

Ölkədə vəziyyət bu ilin 25 fevralında silahlı qüvvələrin baş qərargahının baş nazir Nikol Paşinyanın və hökumətin istefasını tələb etməsindən sonra daha da pisləşib.

Paşinyan buna cavabında Ermənistanda dövlət çevrilişinə cəhdin olduğunu elan edib və prezidentə baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması ilə bağlı müraciət edib. Lakin prezident Armen Sarkisyan bununla bağlı fərmanı imzalamayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı