ÜMİDTV: Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Səbail rayonunda qeydə alınıb.
Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində motosikletlə avtomobil toqquşub. Qəza nəticəsində 1992-ci il təvəllüdlü Ənvərli Coşqun Rafiq oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.