SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5181_-forbes-az-rbaycan-muasir-muharib-l-rd-kicik-olk-l

CƏMİYYƏT

Hamısı

“Forbes”: “Azərbaycan müasir müharibələrdə kiçik ölkələri qiymətləndirməməyin düzgün olmadığını nümayiş etdirdi”

(2 Yil, 1 Ay öncə) 1,22 B İzlenme 0 Yorum
“Forbes”: “Azərbaycan müasir müharibələrdə kiçik ölkələri qiymətləndirməməyin düzgün olmadığını nümayiş etdirdi”

ÜMİDTV:    “2020-ci il Dağlıq Qarabağda müharibənin başlanğıcında erməni əsgərlərin çoxu, görünür, 1994-cü ildə apardıqları müharibəyə bənzər müharibə aparacaqlarını gözləyirdi”.

Bu fikir “Forbes”da dərc olunan və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsindən bəhs edən məqalədə yer alıb.

Nəşr qeyd edir ki, erməni qüvvələri “dünənki” müharibəni təkrarlamağa yox, “sabahkı” müharibəyə kifayət qədər hazır olan azərbaycanlılar tərəfindən tamamilə məhv edilib.

Məqalədə Azərbaycana düşmən qüvvələri üzərində üstünlük qazandıran müasir pilotsuz uçan aparatların mühüm rolundan da bəhs edilir.

“Azərbaycan Ermənistanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün “Harop”dan istifadə etdi. Bu taktika və onun icrası sadəliyinə görə dahiyanə idi. Bakı köhnə Sovet “An-2” biplanlarını məsafədən idarə olunan aparatlarla əvəzlədi və onları havaya qaldırıb Ermənistanın “S-300”lərini aktivləşdirməyə məcbur etdi, bu isə “Harop”un bu vacib hədəfləri yüksək dəqiqlik və yüksək effektvliklə aşkar edib məhv etməsinə imkan verdi”, - “Forbes” qeyd edir.

Nəşr həmçinin münaqişə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı “Bayraktar TB2” dronlarının Ermənistanın 1 milyard dollarlıq hərbi texnikasını məhv etdiyini vurğuladığını xatırladıb: "Çox güman, bu, mübaliğə deyildi, çünki məlumata görə, 240-a yaxın erməni tankı məhv edilib".

“Azərbaycanın 21-ci əsrdə kiçik ölkələrin bərabərgüclü və ya daha güclü rəqiblər qarşısında qətiyyətlə üstünlük əldə etmək üçün bu cür inkişaf etmiş silah sistemlərindən istifadə edən bəlkə də ilk ölkə olduğunu qəti şəkildə müəyyənləşdirmək üçün bir neçə illik retrospektiv analiz tələb oluna bilər... Necə olur-olsun, yekunda keçən il Azərbaycan müasir müharibələrdə kiçik ölkələri qiymətləndirməməyin düzgün olmadığını açıq şəkildə nümayiş etdirdi”, - məqalədə bildirilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı