SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5039_professor-britaniya-stamminin-az-rbaycana-g-lm-si-

SAĞLAMLIQ

Hamısı

Professor: "Britaniya ştammının Azərbaycana gəlməsi realdır"

(2 Yil, 1 Ay öncə) 1,03 B İzlenme 0 Yorum
Professor: "Britaniya ştammının Azərbaycana gəlməsi realdır"

ÜMİDTV:     “Bu gün bütün dünyada koronavirusa yoluxmada artım dinamikası müşahidə edilir. Yəni artım tendensiyası bütün Avropa ölkələrində müşahidə olunur. Düzdür, hazırda Böyük Britaniyada çox sərt karantin rejimi hökm sürür. Bəzi şəhərlərə giriş-çıxış qadağan olunub. Baxmayaraq ki, orada 20 milyon insan vaksinasiya olunub, lakin karantin rejimi davam edir. Ona görə də Azərbaycanda da yoluxma sayında artım bu templə davam etsə, epidemioloji vəziyyət pisləşsə təbii ki, karantin qaydaları sərtləşdiriləcək”.

Bu fikirləri açıqlamasında tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

“İkinci dalğada ölkədəki vəziyyətə nəzər salsaq görərik ki, insanlar necə çətinliklərlə üz-üzə qaldı. Xəstəxanalarda yer tapılmadı, dərmanların qiyməti süni şəkildə artırıldı, ajiotaj yarandı, xeyli sayda xəstə dünyasını dəyişdi. Bu taleyi yenidən yaşamamaq üçün tələb olunan qaydalara ciddi əməl etmək lazımdır. Bu qaydalar əsasən qapalı mühitdə, qonaq gedəndə, növbə olan yerlərdə, ictimai iaşə müəssisələrində gözlənilməlidir. Eləcə də ictimai nəqliyyatda qayda-qanun yaradılmalı və onun yükü azaldılmalıdır. Çünki yoluxmanın əsas mənbələrindən biri də məhz ictimai nəqliyyatdır”- deyə mütəxəssis bildirib.

Adil Qeybulla

Adil Qeybulla hesab edir ki, yeni ştammın ölkədə olma ehtimalı var:

“Bəzi mənbələr də bunu təsdiq edir. Qloballaşan dünyada yaşadığımızdan yeni ştammın sürətli yayılmasını nəzərə alaraq onun Azərbaycana gəlməsi realdır. Təəssüf ki, ikinci dalğadan sonra insanlarda arxayınçılıq meylləri hiss olunur. Vaksin olunan şəxslər bilməlidir ki, peyvənd vurdurduqdan sonra ən azı ay yarım vaxt keçməlidir ki, bədəndə immunitet yaransın. Vaksin olunmaqla problem həll olunmur və bunu mütləq nəzərə almaq lazımdır”.

Qeyd edək ki, son günlər ölkədə COVID-19-a yoluxma hallarında sürətli artım müşahidə olunur. Ötən gün 840 yoluxma aktı qeydə alınıb. Bu günə qədər virusdan ölüm hallarının sayı 3 307 təşkil edib. Ümumilikdə isə 242 291 nəfər virusa yoluxub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı