SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4881_kolumbiyanin-aparici-m-tbu-orqanlari-az-rbaycanin-

SİYASƏT

Hamısı

Kolumbiyanın aparıcı mətbu orqanları Azərbaycanın ənənələrindən yazıb

(2 Yil, 1 Ay öncə) 899 İzlenme 0 Yorum
Kolumbiyanın aparıcı mətbu orqanları Azərbaycanın ənənələrindən yazıb

Kolumbiya və Latın Amerikasının ən nüfuzlu rəqəmsal siyasi xəbər agentlikləri olan “El Expediente” və “Ola Politica” portallarında tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, Azərbaycanın çoxmədəniyyətlilik, dini və etnik dözümlülük ənənələrindən bəhs edən “Azərbaycansayağı sülh” başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən  verilən məlumata görə, yazıda dünyanın bir çox bölgəsində, o cümlədən iqtisadi və texnoloji baxımdan inkişaf etmiş cəmiyyətlərdə belə dözümsüzlük və ayrı-seçkilik kimi məvhumların çoxsaylı sosial qarşıdurmalara səbəb olduğu dövrdə Azərbaycanda bu sahədə uğurlu dövlət siyasətinin aparıldığı bildirilir, Prezident İlham Əliyevin sözlərinə istinadən ölkədə çoxmədəniyyətlilik anlayışının həyat tərzinə çevrildiyi qeyd olunur və bu sayədə Azərbaycanın ən humanist cəmiyyətlərdən birinə malik ölkəyə çevrildiyi deyilir.

Avropa ilə Asiyanın qovuşduğu coğrafi məkanda yerləşməsindən irəli gələrək müxtəlif dini və etnik mənsubiyyətə malik insanların bir arada toplandığı Azərbaycanda hökumətin apardığı iş sayəsində müsəlman, xristian və yəhudilərin, eləcə də müxtəlif xalqların qarşılıqlı hörmət, anlayış və sülh içində birgə yaşadığı qeyd olunur.

Əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Azərbaycandan xaricə səfər edən dini nümayəndə heyətlərinin tərkibində çoxluğun katolik, pravoslav və yəhudi dini liderlərindən ibarət olduğu vurğulanır, 2016-cı ildə Roma papası Fransiskin də Azərbaycana səfəri zamanı ölkədəki dini tolerantlıq mühitini xüsusi təqdir etdiyi vurğulanır.

Məqalədə həmçinin “Bakı prosesi”, xüsusən Azərbaycanda ənənəvi hal almış mədəniyyətlərarası dialoq forumları haqda məlumat verilir, bu platformalar vasitəsilə ölkəmizin mədəniyyətlərarası dialoqu uğurla təşviq etdiyi, beynəlxalq ictimaiyyətlə bu sahədəki təcrübəsini paylaşdığı və dünyada sülh və tolerantlığın güclənməsinə əvəzsiz töhfə verdiyi deyilir.

Yazıda həmçinin Heydər Əliyev Fondu tərəfindən dünyanın bir çox ölkəsində müxtəlif dinlərə məxsus abidələrin bərpasının da həyata keçirildiyi məlumat verilir.

Qeyd edilir ki, minillik tarixə malik, fərqli mədəniyyətlərinin təsirindən keçmiş Azərbaycanda sosial resurs olaraq çoxmədəniyyətliliyin təbii resurslardan daha yüksək qiymətləndirilir, burada “fərdlərin hansı dinə mənsub olduğu deyil, necə bir insan olduğunun daha vacib önəm daşıyır” və bu fəlsəfənin bütün cəmiyyətlər tərəfindən mənimsənilməsinin dünyada sülh və barışığı gücləndirə biləcəyi qeyd olunur.

Bu özəlliklərin müasir Azərbaycanın öz tarixi irsinə sadiq qalması nəticəsində mümkün olduğu deyilir, bu xüsusda, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi, demokratik respublikanın məhz burada yarandığı, islam aləmində qadınlara seçki hüququnun da məhz Azərbaycanda verildiyi vurğulanır.

Məqalə Kolumbiyanın bütün siyasi xəbər KİV-inin birləşdiyi "Dircom Colombia Group" təşkilatına aid sosial şəbəkə hesabları üzərindən də yayılıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı