SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4735_kiv-abs-in-yeni-bas-k-sfiyyatcisi-m-lum-oldu

DÜNYA

Hamısı

KİV: ABŞ-ın yeni baş kəşfiyyatçısı məlum oldu

(2 Yil, 2 Ay öncə) 1,17 B İzlenme 0 Yorum
KİV: ABŞ-ın yeni baş kəşfiyyatçısı məlum oldu

ÜMİDTV:    ABŞ Konqresi Senatının Kəşfiyyat üzrə xüsusi komitəsi çərşənbə axşamı keçirilən səsvermənin gedişatında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə Birləşmiş Ştatların Rusiya Federasiyasındakı keçmiş səfiri Uilyam Bernsin təyinatını dəstəkləyib.

Bu barədə  “Reuters” xəbər verir.

Məlumata görə, komitə üzvləri Bernsə yekdilliklə səs veriblər. İndi onun MKİ-nin rəhbəri vəzifəsinə təyinatı məsələsinə Senat tam heyətdə səs verməlidir.

Berns 2005-ci ildən 2008-ci ilə qədər ABŞ-ın Rusiya Federasiyasında səfiri olub. O, 2011-2014-cü illərdə Dövlət Departamenti rəhbərinin müavini vəzifəsində çalışıb. Berns 33 illik diplomatik karyerasından sonra 2014-cü ildə xarici xidmətdən təqaüdə çıxıb və hazırda Karneqi Fonuna rəhbərlik edir. Yerli mətbuat Senatın Bernsə səs verəcəyini vurğulayır.

Daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə onun namizədliyini irəli sürüb.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əvvəlki direktoru Cina Haspel yanvarın 19-da vəzifəsindən istefa verib. Haspel 2018-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə başçılıq etmiş ilk qadın olub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı