SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4713_anar-k-rimov-turkiy-nin-d-st-yini-hec-vaxt-unutmad

SİYASƏT

Hamısı

Anar Kərimov: "Türkiyənin dəstəyini heç vaxt unutmadıq, unutmayacağıq

(2 Yil, 1 Ay öncə) 1,01 B İzlenme 0 Yorum
Anar Kərimov: "Türkiyənin dəstəyini heç vaxt unutmadıq, unutmayacağıq

ÜMİDTV:    Qardaş Türkiyənin dəstəyini sadəcə Qarabağ müharibəsində deyil, bütün tarix boyu hiss etmişik. 100 il öncə də Qafqaz İslam Ordusu ilə birgə Azərbaycanı, Bakını işğaldan azad etmişdik. Bu gün də Qarabağı sizin dəstəyinizlə işğaldan azad etdik. Türkiyə dövlətinə və qardaşlarımıza təşəkkür edirik. Bu dəstəyi heç vaxt unutmadıq, unutmayacağıq”.

“Bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov söyləyib.

A.Kərimov Azərbaycan əsgərlərinin Qarabağda böyük qəhrəmanlıq göstərərək tarixi bir mübarizə göstərdiyini, bunun sadəcə Azərbaycan və Türkiyənin deyil, türk dünyasının zəfəri olduğunu bildirib: "Gənc nəslimiz tariximizlə fəxr etməlidir. Ortaq tariximizin, kimliyimizin daha yaxşı tanıdılması üçün çalışacağıq. Bunu da film və seriallarla anlatmaq, bu mövzuda əməkdaşlıq etmək istəyirik”.

Nazir Ermənistanın dinc əhaliyə təcavüzünün dünyaya çatdırılmasında və informasiya müharibəsində də Türkiyənin önəmli dəstəyini gördüklərini vurğulayıb: “Mübarizə meydanda bitsə də, masada davam edir. Mədəniyyət diplomatiyası sahəsində təzyiqləri indidən görürük. Bu səbəbdən aktiv şəkildə birlikdə çalışmağa davam etməyimiz çox önəmlidir. Ermənistanın Qarabağdakı mədəni irsə təcavüzlərini dünyaya göstərmək üçün “Peace for Culture” adı ilə başlatdığımız kampaniyada da türkiyəli qardaşlarımızın dəstəyini gözləyirik”.

A.Kərimov Qarabağ zəfəri, Qafqaz İslam Ordusu və Xocalı soyqırımı kimi tarixi olayların ortaq istehsalla həm sənədli, həm də bədii film olaraq dünyaya çatdırılmasının Türkiyə və Azərbaycanın dostluq və qardaşlığının simvolları olacağını bildirib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı