ÜMİDTV: Gürcüstanda ötən sutkada koronavirusa 160 yeni yoluxma faktı təsdiqlənib, 409 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 270 918-ə, sağalanların sayı isə 265 523-ə çatıb.
Son 24 saat ərzində xəstəlikdən vəfat edənlərin sayı 10 nəfər artaraq 3 520 olub.