SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4680_peruda-xocali-soyqirimi-qurbanlarinin-xatir-si-ani

CƏMİYYƏT

Hamısı

Peruda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

(2 Yil, 2 Ay öncə) 1,11 B İzlenme 0 Yorum
Peruda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

ÜMİDTV:    Perunun paytaxtı Lima şəhərində yerləşən Azərbaycan diplomatik nümayəndəliyində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən  verilən məlumata görə, Peru Konqresində Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Konqresin beynəlxalq əlaqələr daimi komissiyasının sədr müavini, eləcə də Türkiyə, Ukrayna, Mərakeş səfirləri və diplomatik korpusun digər üzvlərinin iştirakı ilə keçirilmiş tədbirdə ilk olaraq Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Səfirliyin birinci katibi Mehdi Məmmədov Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqda tədbir iştirakçılarına məlumat verib, Xocalıdakı qətliamın XX əsrdə mülki əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olduğunu, bu faciəyə bir çox dünya ölkələrinin parlamentləri tərəfindən gərəkli hüquqi və siyasi qiymətin verildiyini bildirib və bu xüsusda, 2013-cü ildə Peru Konqresində də Xocalı soyqırımını rəsmi qaydada tanıyan sənədin qəbul edilməsinə görə Peru tərəfinə təşəkkürünü ifadə edib.

Sonra Peru Konqresindəki Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Gilyermo Aliaqa və beynəlxalq əlaqələr daimi komissiyasının sədr müavini Monika Saavedra Oçaran çıxış edərək Xocalıda həlak olmuş soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı bildiriblər. Perunun bu faciə ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü söyləyən G.Aliaqa, Konqres tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar yayılmış bəyanatın mətnini iştirakçılara çatdırıb.

Sonda iştirakçılara Xocalı soyqırımı haqda qısametrajlı sənədli film nümayiş etdirilib

 

 

 

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı