ÜMİDTV: Gürcüstanda ötən sutkada daha 486 nəfərə koronavirus diaqnozu qoyulub, 13 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 266 948-ə, ölənlərin sayı isə 3 390 nəfərə çatıb.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 499 nəfər artaraq 259 727-yə yüksəlib.