ÜMİDTV: ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü - fevralın 10-da Birləşmiş Ştatların Müdafiə Nazirliyinə baş çəkmək niyyətindədir.
Bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Con Kirbi keçirdiyi brifinqdə bildirib.
"Qarşıda bizi gərgin həftə gözləyir. Çərşənbə günü Ali Baş komandanın - prezident Baydenin səfərini gözləyirik", - Kirbi deyib.
"Prezident nazirliyin rəhbərliyi ilə görüşəcək, həmçinin onun əməkdaşları qarşısında çıxış edəcək. Mən söhbətin nədən getdiyini dəqiq deyə bilmərəm", - Kirbi əlavə edib.