SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4224_vaqif-s-dov-bu-v-zif-l-ri-icra-etm-y-n-surucul-r-m

SON XƏBƏR

Hamısı

Vaqif Əsədov: “Bu vəzifələri icra etməyən sürücülər məsuliyyətə cəlb oluna bilər”

(2 Yil, 3 Ay öncə) 787 İzlenme 0 Yorum
Vaqif Əsədov: “Bu vəzifələri icra etməyən sürücülər məsuliyyətə cəlb oluna bilər”

ÜMİDTV:     Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi təbliğatın və təhlükəsizliyin artırılması məqsədi ilə sürücülərə müraciət edib.

İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər avtomobilə əyləşməzdən öncə sənədlərin qaydasında olmasını yoxlamalıdır:

“Avtomobilə əyləşməzdən öncə sənədlərin qaydasında və üzərinizdə olmasını yoxlayın, sərxoş və psixotrop maddələrin təsiri altında olmadığınıza əmin olun və avtomobilə vizual baxış keçirərək qeydiyyat nişanlarının təmiz olmasına, işıq cihazlarının işləməsinə, təkərin təzyiqinə, şüşə silgəclərinin işləməsinə əmin olduqdan sonra sükan arxasına əyləşməlisiniz.

Avtomobili işə saldıqdan sonra isə həm özünüzün, həm də sərnişinlərin təhlükəsizlik kəmərindən düzgün istifadə edilməsini təmin etməlisiniz. O cümlədən 12 yaşınadək uşaqları apararkən qabaq oturacaqda xüsusi uşaq oturacağı mütləq şəkildə olmalıdır. Arxa oturacaqda xüsusi uşaq oturacağı olmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmasa da, tövsiyə edirik ki, uşaqların təhlükəsizliyi üçün onları xüsusi oturacaqda aprasınız. Yola çıxmazdan əvvəl metereoloji şəraitlə tanış olsunlar və gedəcəkləri istiqamətdə ən qısa yolu dəqiqləşdirsinlər. Yola çıxdıqdan sonra isə həmin istiqamət üzrə sürət rejiminə, ara məsafəsinə, zolaqlar üzrə hərəkət qaydalarına əməl etsinlər. Sağ zolaq boş olan halda sol zolaqla getməmələri, piyada və dəmiryol keçidlərində daha diqqətli olmaları tövsiyə olunur”.

“Yolda hərəkət üstünlüyünə malik olan təcili tibbi yardım, polis, yanğın söndürən və digər operativ nəqliyyat vasitələri göy və ya qırmızı sayrışan işıq və xüsusi səs siqnalı verərək yaxınlaşdıqda həmin nəqliyyat vasitələrinin sərbəst hərəkətinə, hətta dayanmaq belə lazım olarsa şərait yaradın. Sükan arxasında fikri yayındıra biləcək hərəkətlərdən və mobil telefondan uzaq durun. Hərəkət zolağını dəyişərkən dönmə, ötmə, hərəkətə başlama dayanma ilə bağlı manevr etdikdə digər sürücüləri xəbərdar etmək üçün dönmə işıqlarından mütləq istifadə edin. Sərnişinləri düşürərkən yalnız səki tərəfdən düşmələrini və qapını açarkən digər hərəkət iştirakçılarına mane olmamalarını onların diqqətinə çatdırın.

Unutmayın ki, "Yol Hərəkəti Haqqında Qanun"un 37-ci maddəsi sürücülərin hüquq və vəzifələrini tənzimləyir. Bu vəzifələrin icra edilməməsinə görə sürücü "İnzibati Xətalar Məcəlləsi"nin müvafiq maddəsi ilə məsuliyyətə cəlb oluna bilər”, - V.Əsədov bildirib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı