SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4190_-vaqif-mustafayevi-m-n-isd-n-azad-etmis-m-sevil-li

SON XƏBƏR

Hamısı

“Vaqif Mustafayevi mən işdən azad etmişəm - Sevil Əliyevadan “Space”-də baş verənlərlə bağlı açıqlama

(2 Yil, 3 Ay öncə) 1,31 B İzlenme 0 Yorum
“Vaqif Mustafayevi mən işdən azad etmişəm - Sevil Əliyevadan “Space”-də baş verənlərlə bağlı açıqlama

ÜMİDTV:      Bununla bağlı “Haqqın.az”-a açıqlama verən Sevil Əliyeva V.Mustafayevin onun tərəfindən vəzifəsindən azad edildiyini söyləyib: “Məsələ ondadır ki, “Space”-in fəaliyyəti ciddi narahatçılıq yaradırdı. Mən əsasən xaricdə yaşayıram və onun verilişlərini yalnız Bakıya gələndə izləyirəm. Lakin etiraf etməliyəm ki, KİV-lərdəki çoxsaylı narazılıqlar, sərt tənqidlər tamamilə əsaslıdır. Son zamanlar telekanalın, onun verilişlərinin səviyyəsi qəbuledilməz dərəcədə aşağı idi...”
S.Əliyeva deyib ki, telekanalı yaradarkən onu belə təsəvvür etmirdi: “Mən onu yaradanda bu cür görmürdüm. Bütün bunlar məcbur etdi ki, Vaqif Mustafayevin “Space”-in rəhbəri vəzifəsindən azad olunmasına dair qərar verilsin.”
“Space”-in təsisçisi bildirib ki, telekanal rəhbərlərinin özlərini “prezident” adlandırmasını doğru hesab etmir: “Heç bir ölkədə belə praktika yoxdur. Prezident sözünü dəyərdən salmaq olmaz”.
Bütün bunlarla yanaşı, Vaqif Mustafayevə bir rejissor kimi hörmətinin olduğunu deyən S.Əliyeva, onun xüsusilə də Heydər Əliyev haqqında çəkdiyi “İnsanları xilas etməyə gedirəm” adlı dokumental filmini çox yüksək qiymətləndirdiyini bildirib. Həmçinin, qeyd edib ki, həmin filmin çəkilişində özü də məsləhətçi kimi iştirak edib.
S.Əliyeva sözügedən filmlə bağlı bir maraqlı məqama da toxunub. O, deyib ki, Heydər Əliyevin daha çox siyasətçi deyil, bir insan kimi təqdim olunduğu həmin filmin yayımlanmasına bəzi məmurlar imkan verməyib: “Ümid edirəm ki, indi, ölkənin ideoloji siyasətinə cavabdeh olan məmurlar dəyişəndən sonra geniş ölkə ictimaiyyəti, nəhayət, bu filmlə tanış olacaq.” Yeri gəlmişkən qeyd edək ki, uzun illər ölkə rəhbərliyində ideoloji xəttə əsasən PA rəhbəri Ramiz Mehdiyev başçılıq edib...
“Space”-in yeni rəhbərinin kim olacağına dair suala cavab verən S.Əliyeva deyib ki, bu şəxs artıq seçilib və tezliklə onu kollektivə, eləcə də ictimaiyyətə təqdim edəcəklər.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı