SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4189_etibarli-g-l-c-yin-insasi-

SON XƏBƏR

Hamısı

Etibarlı gələcəyin inşası...

(2 Yil, 3 Ay öncə) 1,17 B İzlenme 0 Yorum
Etibarlı gələcəyin inşası...

ÜMİDTV:    Bir neçə gün əvvəl Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Proqramın adından da göründüyü kimi, o, 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərini özündə ehtiva edir. Burada, ilk növbədə, milli maraqlar və strateji planlamanın vəhdətini görürük. Azərbaycan fəlsəfi fikrində belə bir məşhur deyim var: “Milli olmayan bəşəri ola bilməz”. Ona görə də müstəqil dövlətimizin inkişafına, cəmiyyətin rifahına xidmət edən təşəbbüs və ideyaların toplusu olan Milli Prioritetlərin rəsmiləşməsi xüsusi önəm daşıyır. Biz milli dövlət, vətəndaş cəmiyyəti quruculuğu sahələrində özünəməxsus tərcümeyi-hala malikik. Digər tərəfdən, sıx beynəlxalq əlaqələr və əməkdaşlıq münasibətləri sistemi içərisindəyik. Bir sözlə, dövlətin bütün sahələr üzrə fəaliyyəti dünya birliyində layiqli yer tutmaq, xalqın rifah halını yaxşılaşdırmaq, ölkəni regional və beynəlxalq təbəddülatlara qarşı tam dayanıqlı, güclü və rəqabətli etməyə yönəlib. Bu isə milli qürur hissini gücləndirən əsas amil kimi xarakterizə oluna bilər.
Bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Etibarlı gələcəyin inşası...” sərlövhəli məqaləsində yer alıb.
Q.Paşayeva məqaləsində bildirir ki, öz gələcəyini təsadüflərə, tendensiyalara bağlayaraq qeyri-müəyyənlik içərisində olan bəzi dövlətlərin siyasi rəhbərliyindən fərqli olaraq, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dövləti məhz düşünülmüş, düzgün proqnozlaşdırılmış, əsaslı şəkildə planlaşdırılmış gələcəyin inşası ilə məşğuldur. Bunu biz 44 günlük Vətən müharibəsi nəticəsində məğlub etdiyimiz işğalçı Ermənistanın timsalında daha yaxşı müqayisə edə bilərik. Azərbaycan Prezidentinin kəlama çevrilmiş sözü ilə desək, “Endir o bayrağı dirəkdən, bük qoy cibinə” perspektivsizliyi ilə burun-buruna qalan bir dövlətin milli prioriteti, plan-proqramı nə olacaq? 30 il əvvəl müəyyənləşdirdikləri milli prioritetin aqibəti bəllidir. O milli tarixi vəzifə 130 il əvvəl “intişar” tapıb, regiona qan, kin-küdurət, dünya birliyinə başağrısından başqa heç nə verməyib. Yəni, o milli prioritet ki, bəşəri çağırışlarla təzad təşkil edir, regiona, qonşulara ziyan vəd edir, həmin prioritetlər heç onu elan edən dövlətə, quruluşa, xalqa da xeyir gətirməz. Mən Azərbaycanın elan etdiyi Milli Prioritetlərin humanitar təfəkkürün məhsulu olmasını, əməkdaşlıq ruhunu fərqləndirmək istərdim. Burada milliliklə bəşərilik bir-biri ilə sıx bağlı olub üzvi vəhdət səciyyəsi daşıyır.
Deputat diqqətə çatdırır ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Bir tərəfdən, risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahə prioritetlərinin müəyyənləşməsinə xidmət edən bu strateji idarəetmə metodu, eyni zamanda, ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyənləşdirir. Bu mənzərə yalnız sosial-iqtisadi, ictimai-siyasi xarakter daşımır, mədəni-mənəvi, psixoloji mahiyyət də kəsb edir. Bu Prioritetlər cəmiyyətə müsbət təkan verir, psixoloji ovqatı yaxşılaşdırır, ictimai fikrin düzgün qidalanmasına müsbət təsirini göstərir.
Sosial-iqtisadi sahədə olduğu kimi, mədəni həyatda da inamla böyük təkamül yolu keçən respublikamızın dünyada sabit, təhlükəsiz, çağdaş həyat səviyyəsini təmin etmiş ölkə kimi tanınması qürurvericidir. Ölkəmizin son illər artan templə artan beynəlxalq nüfuzu 44 günlük Vətən müharibəsindən sonra yeni məzmun qazanaraq, daha da yüksəlib.
İndi ölkəmiz yeni yol, enerji infrastrukturları, onların şaxələndirilməsi və yenilərinin açılması imkanları ilə fərqlənir.
Ermənistanla müqayisə barədə qeydlərə qayıdaraq deməliyik ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaş ölkələrindən biri, başqalarını istismar etməyə, digərlərinə yük olmağa meyillənənlərdən tam fərqli olaraq, tərəqqipərvər, qazandıran və imkanlı ölkədir. Azərbaycan qürurlu ölkədir.
Milli Prioritetlərin mütləq üstünlüyü özünü bütün fəaliyyət sahələrində göstərir. Qarşıdakı onillikdə ölkəmizin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş Milli Prioritetinin qorunması və gerçəkləşdirilməsinə xidmət etmək hər bir vətəndaşın borcu, Azərbaycanda işləyən hər kəsin mənəvi öhdəliyidir. Bu, Milli Prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası baxımından da xüsusi önəm daşıyır:
- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Bəli, regionun yeni siyasi-iqtisadi gerçəkliyi yaranıb, bunu Azərbaycan dövləti, dövlət-xalq birliyi yaradıb. İqtisadi tərəqqi ölkəmizin inkişafını və xalqın rifahını təmin edir.
Milli maraqlar, yeni gerçəklik və çağdaş dövr Azərbaycan milli iqtisadiyyatı üçün yeni strateji vəzifələri diktə etməkdədir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı