ÜMİDTV: Serbiya xarici işlər naziri Nikola Selakoviç Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Elnur Quliyevi qəbul edib.
Bu barədə Serbiya XİN-nin tvitter səhifəsində məlumat verilib.
Bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub: “Serbiya-Azərbaycan strateji tərəfdaşlığı xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət çərçivəsində qarşılıqlı anlaşma şəraitində mühüm əhəmiyyət daşıyır”.