SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4148_parlamentin-hesablayici-komissiyasinin-iclasi-keci

SON XƏBƏR

Hamısı

Parlamentin Hesablayıcı komissiyasının iclası keçirilib

(2 Yil, 3 Ay öncə) 882 İzlenme 0 Yorum
Parlamentin Hesablayıcı komissiyasının iclası keçirilib

ÜMİDTV:     Milli Məclisin Hesablayıcı komissiyasının yaz sessiyasında növbəti iclası keçirilib.

 İclasda yaz sessiyasında komissiyanın qarşısında duran vəzifələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Komissiya sədri Eldar Quliyev iclasda çıxış edən zaman deyib ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq Azərbaycan parlamenti 2020-ci ilin yaz, növbədənkənar və payız sessiyaları dövründə çox səmərəli fəaliyyət göstərib. Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentdə ciddi islahatlar aparılıb, deputatlar həm qanunvericilik sahəsində, həm də ölkənin ictimai-siyasi həyatında diqqətəlayiq işlər görüblər.

O vurğulayıb ki, 2020-ci ilin ən mühüm hadisəsi son 17 ildə Azərbaycanı sürətlə inkişaf etdirən, ən müasir silahlarla təchiz edilmiş ordu quruculuğuna nail olan dövlət başçısı İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə böyük Zəfər qazandığımız II Qarabağ müharibəsi oldu. Qalib ölkənin vətəndaşı kimi həmin qələbə ilə hər bir deputat şərəf və qürur duyur.

Komissiya sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsində Milli Məclis tam tərkibdə çox böyük fəallıq göstərib. Hesablayıcı komissiyasının üzvü olan deputatlar da həqiqətin təbliği istiqamətində telekanallarda, KİV-lərdə, sosial şəbəkələrdə, beynəlxalq mediada çox aktiv çıxışlar ediblər. Azərbaycan Prezidentinin həmin günlərdə xarici dövlətlərin nüfuzlu media qurumlarına verdiyi müsahibələr Azərbaycan gerçəkliyinin dünya ictimaiyyətinə çatdırılmasında, işğalçı dövlətin ifşasında misilsiz rol oynayıb.

Daha sonra çıxış edən komissiya üzvləri təklif və tövsiyələrini bildiriblər.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı