SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/399_konul-nurullayeva-az-rbaycanda-insanlarin-sosial-q

SON XƏBƏR

Hamısı

Könül Nurullayeva: "Azərbaycanda insanların sosial qayğıları əhalinin bütün kateqoriyalarını əhatə edir"

(3 Yil, 0 Ay öncə) 700 İzlenme 0 Yorum
Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı pandemiya dövründə də davam etdirilir.

ÜMİDTV.com:    Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Azərbaycanda insanların sosial qayğılarının həlli yalnız paytaxtla məhdudlaşmır, bu proses bütövlükdə ölkə ərazisini və ən əsası, əhalinin bütün kateqoriyalarını əhatə edir:

"Bu həftə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şamaxıya səfəri zamanı istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən mənzillərin istifadəyə verilməsi də bu siyasətin tərkib hissəsidir. Məlumdur ki, ötən il baş verən təbii fəlakət zamanı xeyli sayda vətəndaşımızın mənzilinə zərər dəyib. Doğrudur, problemin kökündə vətəndaşların öz əmlaklarını vaxtında sığorta etdirməməsi dayanırdı. Yəni belə olan halda əslində dövlətin yardımla bağlı hər hansı öhdəliyi yox idi. Bununla belə, dövlət bu çətin vəziyyətdə lazım olan bütün dəstəyi göstərib və cənab Prezidentin tapşırığına əsasən, evləri qəzalı vəziyyətə düşən vətəndaşlarımız üçün yeni mənzillər inşa edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və hər zaman öz vətəndaşının yanındadır".

Deputat vurğulayıb ki, məlum olduğu kimi, pandemiya bütün dövlətlər, o cümlədən Azərbaycanın da iqtisadiyyatına mənfi təsir edib:

"Eyni zamanda, dövlət büdcəsində nəzərdə tutulmayan əlavə xərclər meydana çıxıb və insanların pandemiyadan minimum zərərlə çıxması istiqamətində preventiv addımlar atılıb. Bununla belə, dövlət başçımızın da hər zaman bəyan etdiyi kimi, bu mürəkkəb vəziyyətdə də heç bir sosial layihə təxirə salınmayıb. Elə Şamaxıda yeni mənzillərin, eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa və təmir olunun yeni körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Bu layihələrin icrası böhranın miqyasını genişləndirən pandemiya dövründə ölkəmizdə sosial layihələrin davamlılığını göstərməklə yanaşı, eyni zamanda regionların sosial-iqtisadi inkişafına xidmət edir".


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı