SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/392_dunyada-koronavirusun-ikinci-pik-h-ddi-baslana-bil

SON XƏBƏR

Hamısı

Dünyada koronavirusun ikinci pik həddi BAŞLANA BİLƏR- ÜST

(3 Yil, 0 Ay öncə) 1,04 B İzlenme 0 Yorum
Bəşəriyyət yalnız COVID-19-un yayılmasının birinci dalğasını yaşayır, pandemiyanın növbəti pik həddi tam ehtimal ediləndir.

ÜMİDTV.com:     Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bildirib.

"İndi ikinci dalğadan narahat deyilik, biz birinci dalğanın düz ortasındayıq. Bu dalğada ikinci pik həddlə üzləşə bilərik. Belə hallar keçmişdəki pandemiyalarda da olurdu", - Rayan deyib.

O, qeyd edib ki, yeni pik hədd Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada virusun aktiv şəkildə yayılması nəticəsində mümkündür.

ÜST rəsmisinin sözlərinə görə, xəstəliyin artımının müvəqqəti azalması bu tendensiyanın gələcəkdə qalıb-qalmayacağını aydınlaşdırmır.

Rayan həmçinin qeyd edib ki, dünya gələcəkdə pandemiyanın mövsümi qriplə üst-üstə düşə bilən ikinci dalğasına hazırlaşmalı olacaq.

Son məlumatlara görə, dünyada COVID-19 pandemiyası qurbanlarının ümumi sayı 346 893 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 5 568 191 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.

Pandemiya ərzində virusun aşkarlandığı ölkələrdə ümumilikdə COVID-19-a yoluxmuş 2 353 290 insan sağalıb. Hazırda 2 868 008 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 157 nəfərin vəziyyəti ağırdır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı