Bir sıra ölkələrdən olan "Facebook" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər.
ÜMİDTV: -nin məlumatına görə, bu barədə "Downdetector" saytında bildirilir.
Məlumata əsasən, problemlərdən daha çox ABŞ, Niderland və Böyük Britaniyadan olan istifadəçilər şikayətçidir.
İstifadəçilərin əksəriyyəti (56%-ə yaxın) hesablarına girişdə problem yaşayır, daha 25%-i sosial şəbəkənin tamamilə işləməməsindən şikayətçidir, 18%-i isə xəbər lentinə baxmaqda çətinlik çəkir.