ÜMİDTV: Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Maştağa qəsəbəsində 1994-cü il təvəllüdlü Qasımov Pünhan Qılman oğlunun idarə etdiyi motosikletlə minik avtomobili toqquşub. Hadisə nəticəsində P.Qasımov xəsarət alıb.
O, təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.