SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3624_-ail-d-10-n-f-rik-hamimiz-evd-oturub-dost-tanis-ve

CƏMİYYƏT

Hamısı

“Ailədə 10 Nəfərik, Hamımız Evdə Oturub Dost-Tanış Verəndən Yeyirik“ – Tanınmış Aktyor

(2 Yil, 3 Ay öncə) 982 İzlenme 0 Yorum
“Ailədə 10 Nəfərik, Hamımız Evdə Oturub Dost-Tanış Verəndən Yeyirik“ – Tanınmış Aktyor

Tanınmış aktyor Allahverdi Yolçuyev Moderator.az saytının suallarını cavablandırıb.

ÜMİDTV:      həmin müsahibəni təqdim edir: 

– Allahverdi müəllim, necəsiz?

– Nə bilim, belə də… Dərmanları açıb qoymuşam qabağıma, fikirləşirəm.

– Pandemiya günlərini necə keçirirsiz?

– Heç yerə getmirəm, bütün günü evdə otururam. Bu virus həqiqətən də çox yayılıb. Dünyasını dəyişənlər çoxdur. Bu gün yanımızda olan insanlar sabah həyatdan köçür.

– Siz də xüsusi risk qrupuna daxilsiz..

– Bəli, mən parkinson xəstəliyindən əziyyət çəkirəm. Ona görə də özümü ikiqat daha çox qoruyuram. Səhər yuxudan duran kimi immunitetimi gücləndirmək üçün müəyyən təbii vasitələr və dərmanlar qəbul edib, açıq havada yürüş edirəm.

– Sizi yəqin ki, tək xəstəlik deyil, həm də işsizlik yorur..

– Bəli, doğrudur. Mən neçə illərdir ki, işləmirəm. Adama nə qədər kənardan kömək edərlər? Efirə çıxan kimi nə qədər insan zəng edir ki, sizə kömək etmək istəyirik. Sağ olsun millətimiz!  Dövlət işlə təmin etməlidir, nazirlik heç olmasa aylıq mükafat, yaxud təqaüd verməlidir. Əvvəl ərzaq yardımı verilirdi, indi heç o da yoxdur. Allah deyib durmuşuq da, görək axırımız necə olacaq? Ailədə 10 nəfərik, hamımız da evdə oturmuşuq. Dost-tanış verəndən yeyirik.

– Dövrünün çox məşhur aktyorusuz. Hətta bir zamanlar “Ovçu Pirim”-i. Amma bu ad sizə pul qazandırmadı.. Niyə?

– Nə fəxri ad verdilər, nə də maaş. Vaxtilə mən bir çox teatrlarda işləmişəm, uşaqlara aid olan “Ovçu Pirim” verilişi isə 20 il efirdə gedib. Sadəcə olaraq sonra teatrda müəyyən təmirlər oldu, işdən çıxdım. Aztv-də işlədim.. Daha sonra Satira teatrı da bağlandı, işsiz qaldım. Bir neçə teatra müraciət etdim, dedilər ki, yerimiz yoxdur, əksinə bizdə ixtisar gedir. 60 illik yubileyimi sağ olsun Nicat Kazımov Gənc Tamaşaçılar Teatrında qeyd etdi. Aktyora hörmət, diqqət lazımdır. Aktyoru təqaüdə çıxarmaq olmaz, o hər zaman səhnədə olmalıdır. O təqaüdə çıxdı, öldü eyni şeydir. Bu peşənin spesifikasını hər kəs başa düşmür. Müəllimi işdən azad edəndə gedib başqa məktəbdə çalışır. Biz aktyorları işdən çıxaranda fikirləşirik ki, taksi sürsək tanıyacaqlar, alınmır.

– Məcburiyyət qarşısında qalıb aktyorluqdan əlavə işlərdə çalışmısız?

– Xeyr, amma fikirləşmişəm. Dayanacaqda maşınlara baxa bilərəm (gülür). Övladlarım da təhsil almayıblar deyə iş tapa bilmirlər. Yəqin vaxtilə səhvlərə yol vermişik ki, indi vəziyyətdəyik. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı