SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3381_-psixoloji-stress-d-rin-depressiya-nitqin-pozulmas

CƏMİYYƏT

Hamısı

“Psixoloji stress, dərin depressiya, nitqin pozulması…”- Psixoloq müharibə iştirakçılarında yaranan xəstəliklər haqda

(2 Yil, 4 Ay öncə) 719 İzlenme 0 Yorum
“Psixoloji stress, dərin depressiya, nitqin pozulması…”- Psixoloq müharibə iştirakçılarında yaranan xəstəliklər haqda

 

ÜMİDTV:       “Postmüharibə dövründə müharibə iştirakçısı olmuş şəxslər “Posttravmatik stress pozuntusu (PTSP)” psixoloji xəstəliyindən əziyyət çəkirlər”. 

  “Sfera.az”-a xəbər verir ki, bunu psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov bildirib. Psixoloq bir neçə gün əvvəl intihar edən qazi Vüsal Musayevin bu addımı atması məsələsinə də aydınlıq gətirib:

“Müxtəlif formalarda özünü büruzə verən PTSP, həm fiziki, həm də mənəvi böhranları özündə ehtiva edir. Psixoloji stress, dərin depressiya, nitqin pozulması, sinir böhranları, yuxu pozuntuları, apatiya, suisidal fikirlər, özünü günahkarlıq, ajitasiya, nevroz, “flashback”lər və s. kimi psixodiaqnostik müşahidələr PTSP-nin göstəriciləridir.

Vətən müharibəsi qazisi Vüsal Musayevin intihar etmək səbəbinə psixoloji aspektdən yanaşsaq protokola uyğun olaraq ilkin müşahidədə şəxsin dərin depressiya, ajitasiya, suisidal fikirlər, zehni qeyri-sabitlik, “flashback”lər və özünü günahkarlıq kimi psixodiaqnozlarını müəyyənləşdirmək olar.

Psixoloji müşahidə zamanı şəxsin “Posttravmatik stress pozuntusu (PTSP)” psixoloji xəstəliyindən əziyyət çəkdiyini aydın görürük. Müxtəlif psixoloji fəaliyyətləri təyin etdikdən sonra xarakter pozğunluğu zamanı əsas səbəb müəyyən edilir. Psixodiaqnostik mərhələ yekunlaşdıqdan sonra psixoterapiya fəaliyyətini reallaşdırmaq üçün təyin edilmiş metodlardan istifadə edilir. Həmçinin, ümumi psixoterapiyanın aparılmasında əlavə təyin olunan psixiatr, nevropatoloq və digər həkim mütəxəssislər müalicə prosesinə cəlb edilməlidir”.

Psixoloq posttravmatik stress pozuntusu olan şəxslərin ailələri ilə psixoterapiyanın davam etdirməli olduğunu qeyd edib:

“Posttravmatik stress pozuntusu (PTSP)” psixoloji xəstəliyindən əziyyət çəkən şəxlərin ailələri ilə psixoterapiyanın davamı üçün davranış və ünsiyyət bacarıqlarının tənzimlənməsində, emosiyaların idarə olunmasında psixoloji tövsiyyələrin təqdim olunması əsas qaydalardır.

Fiziki sağlamlıqdan başqa onların psixoloji sağlamlıqları istiqamətində real keyslərə ehtiyac duyulur. Beynəlxalq və yerli təcrübələrlə fiziki və mənəvi böhranları aradan qaldırmaq üçün peşəkar psixoloji müşahidənin və psixoterapiyanın tətbiqi əsas fəaliyyət meyarlarıdır.

Unutmayaq ki, postmüharibə dövründə “Posttravmatik stress pozuntusu (PTSP)” psixoloji xəstəliyindən əziyyət çəkən şəxslərin mənəvi qidalanmaya ehtiyacı maddi dəstəkdən daha çoxdur”.

Sfera.az

Əzizə Zeynal


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı